Şənbə, 10 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ərdoğan: "Türkiyə və Fransa beynəlxalq təhlükəsizliyə birgə töhfə verə bilər"

Türkiyə və Fransa Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhün təmin edilməsi səylərinə əhəmiyyətli bir töhfə verə bilərlər.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatda baş tutan görüşündə bildirib.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

“İki güclü NATO müttəfiqi olaraq, Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhü təmin etmək səylərinə əhəmiyyətli töhfə verə bilərik. Ölkələrimizi və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı birgə mübarizə apara bilərik. Türkiyə ilə Fransanın bütün bu məsələlərdə həmrəylik içində hərəkət etməsini istəyirik”, - Ərdoğan belə deyib.

Türkiyə Prezidenti bu il Ankara Sazişinin (Fransa ilə Türkiyə arasında 20 oktyabr 1921-ci ildə bağlanmış diplomatik razılaşma - red.) imzalanmasının 100 illiyini qeyd etdiyini xatırladıb. Türkiyə və Fransa liderləri arasındakı dialoqun hər zaman əhəmiyyətli bir rol oynadığını da sözlərinə əlavə edib.

Prezident Ərdoğan, COVID-19-un Fransada yayılmasına qarşı mübarizəni yaxından izlədiyini də qeyd edib və epidemiya nəticəsində ölkə vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib. Bundan başqa, Türkiyə lideri ölkədə karantin məhdudiyyətlərini azaltmaq üçün görülən tədbirlərdən bəhs edib və təxminən 10 milyon Türkiyə vətəndaşının peyvənd olunduğunu bildirib.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Uşaqlarda boyu uzadan qidalar və vitaminlər - Video

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

Azərbaycanda ən az yoluxma bu tarixdə qeydə alındı

Ən çox oxunanalar