Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA: Azərbaycan əleyhinə beynəlxalq veb-simpoziumla bağlı müvafiq tədbirlər görüləcək

Sosial şəbəkələrdə mart ayının 3-4-də erməni dağlığı və bitişik ərazilərin xalqlarının xristian tarixi-mədəni irsinə dair beynəlxalq veb-simpozium keçirilməsi haqqında məlumat yayılıb. Simpoziumun adı ilə tanışlıq məqsədyönlü şəkildə tarixi həqiqətin təhrif edilməsi haqqında ilk təəssürat yaradır. Nə tarixi, nə də coğrafi baxımdan belə bir ad və ərazi var.

PİA.az xəbər verir ki, bu barədə AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilir ki, tədbirin təşkilatçıları, mövzuları və iştirakçılarının siyahısı isə bu təəssüratı daha da dərinləşdirir: “Məlumatda təşkilatçılar kimi Avropanın erməni ittifaqı forumu (İsveçrə), Eçmiədzin monastırı, Vyana klubu-Panavropa Siyasi-iqtisadi analiz və proqnozlar mərkəzi-Sülhün müdafiəsi alyansı (Slovakiya) təqdim edilir. Simpoziumun keçirilməsinə dair xülasə və məqsəd onun elmilikdən daha çox siyasi və ideoloji platforma olduğunu təsdiq edir. Bu informasiyanın erməni dililə yanaşı, rus və ingilis dillərində yayılması isə iştirakçılar ilə birgə, kənardan da daha çox diqqəti cəlb etməyə hesablanıb. Veb-simpoziumun sədrləri, məsul katibləri, təşkilat komitəsinin üzvləri nəinki erməni, o cümlədən dünyanın bir sıra ölkələrindən olub, ermənipərəst mövqeyi ilə tanınan bir çoxlarını eyni foruma toplayaraq, vahid mövqedə birləşdirmək və daha təsirli görünmək istəyini ifadə edir.

Veb-simpoziumun mövzuları ilə tanışlıq onun müəyyən edilmiş adının əsil məqsədini ortaya çıxarır və mahiyyət etibarı ilə anti-Azərbaycan ideyasını göstərir. Bu simpozium elmi etika bir tərəfə, hətta siyasi-ideoloji əxlaqın da elementar tələblərini pozaraq, orada nəzərdə tutulan çıxışlara məqsədyönlü şəkildə istiqamət verir. 1-ci mövzu kimi Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması və Azərbaycan ilə əlaqə təqdim olunur. Burada xalqların (talışlar, udinlər, ləzgilər və b.) tarixi, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan tarixinin saxtalaşdırılması adı ilə əvvəlcədən müəyyən edilmiş fikirlər təlqin olunur. 2-ci mövzuda isə xristian abidələrinin mühafizəsi adı ilə yenə də Azərbaycan tarixini, bu pərdə altında Azərbaycan dövlətini hədəf alan başlıqlar verilir.

Bu simpozium erməni və ermənipərəst qüvvələrin revanşist dairələrinin anti-Azərbaycan mübarizəsində yeni bir cəbhə açmaq niyyətini ortaya qoyur. Bu həm də onunla təsdiq olunur ki, simpoziumda Azərbaycan tarixi, onun bir sıra fundamental problemləri mövzuya çevrildiyi halda, Ermənistan Tarix institutu orada geniş təmsil olunur, AMEA-nın Tarix institutundan isə mütəxəssislər dəvət edilmir. Bu, əslində məhz veb-simpoziumun təşkilatçılarının birtərəfli qaydada müzakirələr açmaq yolu ilə saxtalaşdırıcının kimlər olduğunu göstərir.

AMEA Tarix institutu bütün bunları nəzərə alaraq, veb-simpoziumun təşkilatçılarına öz etirazını bildirəcək, Azərbaycan tarixinin təhrif edilməsinə qarşı beynəlxalq alyans formalaşdırılması əleyhinə prinsipial mövqeyini ortaya qoyacaq, onun baslıca müddəalarını həqiqi elmi platformalarda daima ifadə edəcəkdir. Ən qısa zamanda bu simpoziumun anti-elmi məqsədlərinin əksinə olaraq, Azərbaycan həqiqətlərini əks etdirəcək müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan dövlətinin multikultural siyasəti, Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sədaqəti, burada yaşayan bütün xalqların həm tarixən, həm də müasir dövrdə Azərbaycan dövlətçiliyi naminə sarsılmaz birliyi bu həqiqətlərin əsas qayəsini təşkil edir”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar