Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" darmadağınla yenidən zirvəyə yüksəlib

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün ilk iki oyun keçirilib.

Açılış matçında autsayderlər zonasında qərarlaşan iki komanda üz-üzə gəlib. Paytaxt təmsilçiləri “Səbail”lə “Keşlə” birincilərin meydanında qarşılaşıb. Turnir cədvəlində qonşu olan komandaların görüşündə qollar ikinci hissədə vurulub. “Keşlə” fasilədən dərhal sonra hesabı açmasına baxmayaraq, “Səbail” məğlubiyyətdən qurtulmağı bacarıb. Nəticədə komandalar xalları yarı bölüblər.

Son vaxtlar qeyri-stabil çıxışla yadda qalan “Qarabağ” yüksəlişdə olan “Qəbələ”ni sınağa çəkib. “Qırmızı-qaralar”ın rəqibə müqavimət göstərməsi gözlənilsə də, bu baş verməyib. Qurban Qurbanovun kollektivi görüşün taleyini ilk hissədəcə həll edib. Sabiq “Qəbələ”li Filip Ozobiçin dublu və çempionatın bombardiri Mahir Emrelinin qolu sayəsində rəqibini darmadağın edən “Qarabağ” ən azı bir günlük də olsa zirvəyə yüksəlib.

Qeyd edək ki, turun “Sumqayıt” – “Zirə” (16:00) və “Neftçi” – “Sabah” (18:15) oyunları sabah keçiriləcək.

Premyer Liqa
XVIII tur
2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” – “Keşlə” - 1:1

Qollar: Peyman Keşavarzi, 75 - Tural Axundov, 54

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov

Baş məşqçi: Aftandil Hacıyev

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov

Baş məşqçi: Sənan Qurbanov

“ASCO Arena”

18:15. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Filip Ozobiç, 22, 34 (pen.), Mahir Emreli, 38

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

Qəbələ”: 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

“Azersun Arena”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar