Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlı YAP-a uğurlar arzuladı

Sabir Rüstəmxanlı: “Vətən müharibəsi dövründə və ondan sonra Yeni Azərbaycan Partiyası ilə aramızda olan bütün münaqişələr həll olunub”.

Bu gün yayılan məlumata görə martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.

İddia olunur ki, martın 5-də keçiriləcək olan qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək.

Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov - BDU-nun sabiq rektoru, Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.

Məlumata görə YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.

Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.

YAP-ın keçiriləcək qurultayını PİA.az-ın əməkdaşı VHP sədri Sabir Rüstəmxanlı ilə müzakirə edib.

Sabir Rüstəmxanlı: “Mənim indi Yeni Azərbaycan Partiyasında dostluq etdiyim çoxlu insanlar var”.

Əvvələr Yeni Azərbaycan Partiyasının üzvlərini tənqid etdiyini xatırlayan Sabir Rüstəmxanlı PİA.az-a açıqlamasında bildirib ki, hətta hakim partiya üzvlərindən çoxu da onu tənqid edib. Partiya sədri indi Yeni Azərbaycan Partiyasında dostluq etdiyi çoxlu insanların olduğunu da deyib:

“Vətən müharibəsi dövründə və ondan sonra Yeni Azərbaycan Partiyası ilə aramızda olan bütün münaqişələr həll olunub. Çünki ölkəmizin qazandığı uğurlarda YAP-ın əməyi böyük oldu. Biz vahid halda birləşdiyimizə görə müharibədə də qələbə qazana bildik.

Düzdür əvvələr mən Yeni Azərbaycan Partiyasının üzvlərini tənqid etmişəm. Hətta onlardan çoxu da məni tənqid edib. Amma mənim indi Yeni Azərbaycan Partiyasında dostluq etdiyim çoxlu insanlar var. Yeni Azərbaycan Partiyasına qurultaylarında hər kəsə uğurlar arzulayıram”.

Nərminə UMUDLU
pia.az


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar