Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikada Tramp fırtınası davam edir - Donaldın geri çəkilmək fikri yoxdur...

Analitiklərin fikrincə, 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi ya Tramp, ya da Trampın dəstəklədiyi bir şəxs olacaq...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 mart 2021-ci il

Donald Tramp 20 yanvarda Ağ Evdən ayrıldıqdan sonra ilk dəfə Mühafizəkar Siyasi Hərəkat Konfransında (CPAC) çıxış edib. Amerika Mühafizəkarlar Birliyi (ACU) tərəfindən hər il təşkil edilən bu konfrans Respublikaçı siyasətçilər üçün önəmli bir platformadır. CPAC Respublikaçılar Partiyasının barometri kimi tanınır. Konfransın bu il ən diqqətçəkən tərəfi seçkilərdə məğlub olan Trampın ictimaiyyətlə əlaqələr orqanı kimi təşkil olunması idi.

8 noyabr 2022-ci ildə Nümayəndələr Palatasının hamısı, Senatın isə 1/3-i yenilənəcək. Namizədlər bu aydan etibarən ilkin seçkilərdə rəqibləri ilə yarışacaqlar. Buna görə də, CPAC səhnəsinə çıxmaq Respublikaçı siyasətçiləri üçün mühüm bir dəstək mənbəyi yaradır.

Trampın Respublikaçılar Partiyasını “daha sağ” və “daha populist” bir istiqamətdə dəyişdirdiyi qəbul edilir. Seçkilərdə uduzan ABŞ prezidentləri isə tez-tez geri çəkilir və aktiv siyasətdən uzaqlaşırlar. Tramp bir tərəfdən 2024-cü il seçkilərində yenidən namizəd ola biləcəyinə dair işarələr verir, digər tərəfdən də partiyadakı təsirini qorumaq istəyir.

Respublikaçıların əsas qanadı ilə trampçı bazası arasındakı uçurum getdikcə daha da böyüyür. Anketlərə görə, Tramp 2024-cü ildə namizədliyini versə, Respublikaçıların əksəriyyəti ona səs verəcək. Yenə də Respublikaçılar 2022 və 2024-cü illərdə keçiriləcək seçkilərdə Trampın göstərəcəyi namizədləri dəstəkləyəcək. Əsas Respublikaçılar isə Trampla bir seçki qazana bilməyəcəklərini iddia edirlər. Vətəndaş müharibəsi trampçı qanadla əsas qanad arasında baş verir. Bu vətəndaş müharibəsi 6 yanvarda Trampı dəstəkləyən qruplar ABŞ Konqresini işğal etdiyi zaman daha da dərinləşib. Nümayəndələr Palatası və Senatda keçirilən məhkəmələrdə Trampın əleyhinə səs verən 17 Respublikaçı trampçıların hədəfindədir. Bazar günü başa çatan Konfrans da bu mübahisələrə səhnə oldu.

Trampın dövründə ABŞ-ın vitse-prezidenti olan Mayk Pens konfransda iştirak etməyib. Trampın “qorxaq” adlandırdığı və Konqres işğalçılarının “bu adamı asın” deyə qışqırdıqları Pens konfrans dəvətini rədd edib. Trampı 6 yanvar hadisələrini provokasiya etməkdə günahlandıran və Senatda azlıqların lideri olan Miç Mekkonnel heç dəvət edilməyib. 2015-2021-ci illərdə Senatda çoxluqların lideri vəzifəsini icra edən Mekkonnel hələ də Vaşinqtondakı ən yüksək rütbəli Respublikaçıdır. Trampın rəqiblərinə qapıları bağlayan CPAC Trampın partiyadakı təsirini önə çıxardı.

Konfransın girişində Trampın qızıl heykəlinin nümayişi də maraqlı rəylərə səbəb olub. Trampın müxalifləri bu mənzərəni Hz. Musa tərəfindən əsirlikdən qurtarılan yəhudilərin Hz. Musanın olmadığı bir vaxtda bir buzovu bütə çevirərək yoldan çıxmalarına bənzədiblər. Trampın Senatdakı ən şiddətli rəqiblərindən biri olan Respublikaçı senator Ben Sas isə Trampın bütləşdirildiyi bir siyasətin təhlükələrini xüsusilə vurğulayıb.

Konfransda çıxış edən Tramp 2020-ci il seçkilərində qazandığı iddiasını yenə təkrar edib. Tramp məhkəmələrdə onlara qarşı səs verən 17 Respublikaçını “qondarma Respublikaçılar” adlandırıb. “Saxta Respublikaçılardan qurtulun” deyən Tramp yeni bir partiya quracağı ilə bağlı iddiaları da rədd edib. Tramp 2024-cü ildə namizədliyini irəli sürə biləcəyinə işarə edərkən, digər bir çox natiq də Tramp müxaliflərinin ilkin seçkilərdə çox çətinlik çəkəcəyini bəyan edib.

Tramp 2024-cü ildə prezidentliyə namizəd olmasa belə, kimin namizəd olacağına qərar verəcək qədər güclüdür. Bu səbəbdən, 2024-cü ildə namizəd olmağı düşünənlər Trampın yanında görünmək üçün yarışırlar. Tramp CPAC anketlərində 55% dəstək alarkən, Florida qubernatoru Ron Desentis isə 21%-lə ikinci sırada yer alıb. Anketə münasibət bildirən analitiklərin fikrincə, 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi ya Tramp olacaq, ya da Trampın dəstəklədiyi bir şəxs olacaq.

Amerikada Respublikaçılar Partiyası daha çox sağa, Demokratlar Partiyası isə daha sola doğru inkişaf edir. Bir zamanlar Respublikaçılar Partiyasının əsas rəhbərliyinə qarşı üsyan qaldıran “Çay Qonaqlığı” hərəkatı var idi. Tramp da Çay Qonaqlığının açdığı kanalla gedərək ABŞ prezidenti vəzifəsinə yüksəldi. İndi də Respublikaçılar Partiyasının bazası Trampın bazasına çevrilib. Əsas Respublikaçılar isə “azlığa” düşüblər.

Hətta Partiyanı mərkəzi sağa gətirmək üçün yeni bir üsyan hərəkatına başlamağı düşünənlər var. Qarşıdakı dövrdə Partiya daxilindəki qarşıdurma daha da alovlanacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar