Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq mətbuatda yayılmış müraciət üzrə cinayət işi başlayıb

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun, Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən müraciət üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından-sui istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar