Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənistanın Paşinyanla gələcəyi necə görünür, ya da Paşinyansız Ermənistan uğurlu ola bilərmi?..

Dünənki mitinqə əsaslanaraq demək olarmı ki, Paşinyan əslində dünən hərbi çevriliş təhlükəsini atlatdı və erməni xalqı hələ ki, ona etimad göstərir?..

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri: Paşinyan “tərəfdarlarının göründüyündən çox olduğunu ortaya qoydu. Amma bu o demək deyil ki, onun başı üzərindən təhlükə sovuşub”.

“Hazırkı prosseslər Ermənistan dövlətini defolta sürükləyir. Ermənistanı tərk edib gedənlərin sayı da bu il artıb. Ermənistanda 2 milyondan bir az çox əhali qalıb. Hər il ölkəni 100 min erməni tərk etsə, belə çıxır ki, 10 ildən sonra Ermənistanda yaşayan olmayacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu dünən Ermənistanda keçirilən mitinqləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən eyni zamnda və çox yaxın məsafədə Yeravanda həm hakimiyyət, həm də müxalifətin mitinqi keçirildi. Mitinq zamanı Baş nazir Nikol Paşinyanın tərəfdarları ilə müxalifət qüvvələri arasında toqquşma qeydə alınmadı.

Paşinyan Respublika meydanında keçirilən çox minlik mitinqdə bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargahının onun istefası haqqında bəyanatı ölkənin sabiq prezidenti Serj Sarkisyanın təsirinin nəticəsidir. Paşinyan vurğulayıb ki, Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri qanunu pozub və vəzifəsini tərk etməlidir.

Mitinqdə Ermənistanın baş naziri həmçinin oktyabr ayında referendum keçirilməsi ilə bağlı anonsda verib. Hədəf yarı prezidentlik üsul-idarəsinə keçid etməkdir və beləliklə baş nazirlə prezident dövlətin idarəçiliyində səlahiyyətləri paylaşacaq. Daha doğrusu belə görünür ki, Paşinyan Baş nazir kürsüsünü prezident kürsüsünə dəyişmək istəyir.

Paşinyan növbədənkənar seçkilərə getməyə hazır olduğunu da bildirib və bunun üçün müxalifətlə memarandum imzalamğın zərurətini qeyd edib.

Ümumilikdə Paşinyan tərəfdarlarının mitinqi böyük rezonans yaradıb. Çünki ona qarşı olan bütün ittihamlara baxmayaraq, Paşinyanın çağrışına müxalifətin mitinqlərindən bir neçə dəfə çox adam toplanması erməni cəmiyyətinin tamamilə revanşistlərin təsiri altında olmadığını göstərdi. Həmçinin eyni zamanda keçirilən mitinqlər onu da göstərdi ki, Ermənistan cəmiyyəti kəskin şəkildə qütbləşib və bu qütbləşmə Ermənistanın gələcəyi üçün əsas təhlükəyə çevrilməkdədir.

Müxalifətin mitinqi isə təqribən 3 saat davam edib. Mitinqə keçmiş KTMT baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan da qatıldı. Müxalifət əvvəlki qaydada hökümətin şərtsiz istefasını tələb edub.

Bu mitinqlərə əsaslanaraq demək olarmı ki, Paşinyan əslində dünən hərbi çevriliş təhlükəsini atlatdı və erməni xalqı hələ ki, ona etimad göstərir? Və Ermənistanın Paşinyanla gələcəyini necə görünür, ya da əksinə, Paşinyansız Ermənistan uğurlu bir Ermənistan ola bilərmi?

Ermənistandakı vəziyyəti PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Paşinyan məğlub ölkənin baş naziri olmasına baxmayaraq, rəqiblərinə və bütün dünyaya güclü olduğunu, xalqın ciddi kəsiminin etimadını itirmədiyini göstərdi”.

Ermənistanda cərəyan edən siyasi prosseslərin Paşinyana qarşı sui-qəsdə, terrora qədər imkişaf edə biləcəyini istisna etməyən politoloq PİA.az-a bildirib ki, ermənilər siyasi terror işlərində çox mahirdirlər və Ermənistanın yaxın tarixində də belə hadisələr çox olub:

“Paşinyan keçirdiyi mitinqlərlə hələ də güclü olduğunu göstərdi. Həmçinin də tərəfdarlarının göründüyündən çox olduğunu ortaya qoydu. Amma bu o demək deyil ki, onun başı üzərindən təhlükə sovuşub. Hazırda Ermənistanda baş verən siyasi prosseslər yeni reaksiyalar yarada bilər. Misal üçün hökümətə qarşı vərəndaş itaətsizliyi arta bilər və vəziyyət nəzarətdən çıxa, hətta küçələrdə vətəndaş qarşıdurmasına qədər inkişaf edə bilər. Prosseslərin ən təhlükəli tərəfi isə müxaliətin siyasi terrora əl atması ola bilər və bu istisna olunmur. Paşinyana qarşı sui-qəsd, siyasi terror həyata keçirilə bilər. Ermənilər siyasi terror işlərində çox mahirdirlər və Ermənistanın yaxın tarixində də belə hadisələr çox olub

Ümumilikdə isə dünənki mitinqlə Paşinyan gücünü həm Rusiyaya, həm də rəqiblərinə göstərdi. O istefa verməyəcəyini açıq şəkildə bildirdi. Faktiki olaraq dünən Paşinyan məğlub ölkənin baş naziri olmasına baxmayaraq, rəqiblərinə və bütün dünyaya güclü olduğunu, xalqın ciddi kəsiminin etimadını itirmədiyini göstərdi”.

Elxan Şahinoğlu: “İstər Paşinyanla, istərsə də Paşinyansız Ermənistan uğurlu dövlət olmayacaq”.

Politoloq hesab edir ki, Paşinyanlı, ya da Paşinyansız Ermənistan uğurlu ölkə ola bilməyəcək. Bu ölkənin problemlərinin uzun müddət davam edəcəyinə əmin olan Elxan Şahinoğlu düşünür ki, bunun əsas səbəblərindən biri ermənilərin 19-cu əsrdə formalaşan milli ideologiyasıdır və bu ideologiya erməni xalqının resurslarına və maddi-mənəvi, o cümlədən fiziki imkanlarına uyğun deyil. Ona görə də Ermənistanda problemlər bitməyəcək və ölkədə başlanan gərginlik və qarşıdurma da hələ uzun müddət davam edəcək:

“İstər Paşinyanla, istərsə də Paşinyansız Ermənistan uğurlu dövlət olmayacaq. Hələ uzun müddət Ermənistanda xaos davam edəcək. Bunun əsas səbəblərindən biri ermənilərin 19-cu əsrdə formalaşan milli ideologiyasıdır və bu ideologiya erməni xalqının resurslarına və maddi-mənəvi, o cümlədən fiziki imkanlarına uyğun deyil. Ona görə də erməni xalqı həm maddi, həm də mənəvi cəhətdən tükənir. Ölkənin iqtisadiyyatı da bərbad günə düşüb. Bir tərəfdən koronavirus, digər tərəfdən müharibədə ağır məğlubiyyət, başqa bir tərəfdən isə ölkədə siyasi qarşıdurma yaşanır. Buna görə də ölkənin iqtisadiyyatı dözə bilmir. Ermənistanın xarici borcu isə ÜDM-nin 60%-ni təşkil edir. Bu üzdəndə yaxın zamanlarda Ermənistanda həm iqtisadi həm də siyasi defolt gözlənilir. Açığı hazırkı qarşıdurma Ermənistan dövlətini defolta sürükləyir.

Ermənistanı tərk edib gedənlərin sayı da bu il artıb. Özləri də deyirlər ki, koronavirus adı altında bu il ölkəni ən azı 200 min erməni tərk edəcək. Ermənistanda isə 2 milyondan bir az çox əhali qalıb. Hər il ölkəni 100 min erməni tərk etsə, belə çıxır ki, 10 ildən sonra Ermənistanda yaşayan olmayacaq.

Bir sözlə qeyd edim ki, Paşinyanlı, Paşinyansız bu ölkənin problemləri bitməyəcək. Ölkədə başlanan gərginlik və qarşıdurma da hələ uzun müddət davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

"Bütün günü qabağınıza göyərti qoyub yeyin" - Aybəniz Haşımova

Ən çox oxunanalar