Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri ittihamları qəbul etmir: Saxta arayışlarda imzam olmayıb

Ötən il aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Təqsirləndirilənlərdən yalnız N.Niftiyev həbsdədir. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında Niyaz Niftiyevin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət vermişdi. Məhkəmə vəsatəti təmin etməmişdi.

Dünən saat 16:30-a təyin edilən məhkəmə prosesi vəkillərdən birinin gəlməməsi səbəbindən təxirə salınıb.

Növbəti məhkəmə prosesi martın 19-na təyin edilib.

N.Niftiyev hakimdən xahiş edib ki, məhkəmə proseslərini həftədə bir dəfə olmaqla keçirsinlər. Hakim isə bildirib ki, məhkəmə işləri çox olduğundan belə bir imkan yoxdur.

Bildirək ki, N.Niftiyev ittihamları qəbul etmir. O bildirir ki, verilən saxta arayışlarda onun imzası olmayıb. Niftiyev deyir ki, aprelin əvvəlindən sədr kimi işə başlayıb, amma arayışlar martın 31-də verilib və imzalanıb. Məlumata görə arayışlarda keçmiş bələdiyyə sədrinin imzaları olub. Sadəcə 3 arayışda N.Niftiyevin imzası olub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayışın hər birini 30 manata satmaqda suçlanırlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar