Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit girdabı

Bir araşdırma çərçivəsində Azərbaycan banklarının biznes kreditlərinə nəzər saldım. Kreditlər 14-18 faiz arası təklif olunur. Əlavə xərclər də var.

Ölkədə uçot dərəcəsi – Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsi 6,25 faizdir. Dünyanın hər yerində mərkəzi bankların uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa bağlılıq olur. Heç bir ölkədə uçot dərəcəsi ilə biznes krediti arasında 3 dəfəyə yaxın fərq yoxdur. Azərbaycandan başqa. Deməli, bizdə ya Mərkəzi Bank mənasız işlə məşğuldur, ya da onun iqtisadiyyata təsiri yox dərəcəsindədir.

Tutalım, kiçik (orta) sahibkaram, çayçılıqla məşğul olmaq istəyirəm. Gedirəm banka, mənə maksimum 3 illik, 15 faizlə 50 min manatlıq biznes krediti təklif olunur. Mən o krediti götürüb çay kolları əkməyə başlayıram. İlk məhsulu 6 ildən sonra götürəsiyəm, amma elə ilk 3 ildə götürdüyüm 50 min manatın yarısı qədər kredit faizi ödəməliyəm.

Sonra yenə 3 illik kredit götürməliyəm ki, kollara qulluq edim, anbarlar hazırlayım, avadanlıqlar alım. Həmin bank mənə yenə 3 illik, 15 faizlə kredit verir. Yenə 50 min manat götürməliyəm. İlk məhsulun alındığı ilə, yəni 6 ilin tamamına mən 100 min manat kredit, 100 min manata yaxın da faiz qaytarmalıyam. Belə biznes qurmaq mümkün deyil. Yəni kolların böyüyüb məhsul verməsinə qədər 200 min manat ziyandayam, nə qədər qazanmalıyam ki, ziyanı da ödəyim, pul da qazanım?! Bu bir qırağa, kollar böyüyənə qədər mən krediti, onun faizlərini necə qaytarmalıyam?!

Fərqli müddətlərlə eyni yanaşma bağçılığa, heyvandarlığa, süd məhsulları istehsalına, balıq təsərrüfatlarına da aiddir. Korrupsiya, inhisarçılıq, məmur müdaxilələri ilə yanaşı kredit faizləri də biznesi boğur, inkişafa imkan vermir.

2019-cu ildə bir tanışım Almaniyada işini böyütmək üçün bankların birinə biznes-plan təqdim etmişdi. Plana görə, adam əlavə 10 iş yeri açmalı idi. Bank özü biznes-planı pulsuz təkmilləşdirib, ilk ili faizsiz, növbəti iki ili isə hər ilə cəmi 1,5 faizlə kredit müqaviləsi təklif edib. Ortalama 1 faizlə 3 illik kredit müqaviləsi bağlanıb. Keçən il pandemiyaya görə bank faizsiz müddəti daha bir il uzadıb, qaytarılma müddətini isə 4 ilə qaldırıb.

Daha bir məsələ odur ki, Azərbaycanda bütün iqtisadi nəzəriyyələrin anasını ağladan Mərkəzi Bank və hökumət var. Nəzəriyyəyə görə, hansısa ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25 faiz, biznes kreditləri 15-18 faiz, istehlak kreditləri 20-30 faiz olsa, orada rəsmi inflyasiya 3,3 faiz ola bilməz! Bu mümkün deyil, deməli, ya statistika yanlışdır, ya sistem eybəcər çalışır, ya da məmləkətdə hər iki problem var…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar