Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistan üzərində qələbədən üç ay sonra Xocalı qətliamını anır

Dağlıq Qarabağdakı son müharibədən sonra Ermənistanda yeni siyasi qarşıdurmanın yaşandığı bir vaxtda, Azərbaycan kütləvi anım mərasimləri keçirir. 26 fevral bu ölkədə əhəmiyyətli gündür. 29 il əvvəl, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri azərbaycanlılara qarşı kütləvi qətliam törədib.

Amma bu il anım mərasimləri bir qədər fərqli formada keçir. Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət edilmiş xüsusi müxbirlərimiz Lüdoviq dö Furko və Hüseyn Əsədin reportajı:

Müharibənin başa çatmasındam 3 ay sonra Azərbaycan paytaxtı Bakının hər tərəfində eyni şüarlar görünür. Şəhərdə erməni silahlı birləşmələrinin 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı törətdikləri Xocalı qətliamının qurbanları anılır. Amma qələbə ruhu azalmayıb.

Biz 1992-ci il fevralın 26-da həyat yoldaşını itirmiş 70 yaşlı Mehriban xanımın evinə yollanırıq.

Mehriban Əliyeva: “Dörd tərəfdən yandıra-yandıra gəlirdilər. Qaça bilməyək deyə, hər tərəfdən yolları bağlamışdılar. Onlar insanları öldürür, diri-diri yandırır, dərilərini soyurdular”.

Müharibənin şiddətli vaxtında ermənilər müdafiə etdikləri anklavın paytaxtı olan Xankəndini hədəf almış bombardmanların qarşısını kəsmək üçün Xocalıya hücuma keçiblər. Bəzi döyüşçülər Sumqayıt və Bakıda təzyiqlərlə üzləşmiş ermənilərin qohumları idi. Onlar intiqam hissi ilə alışıb-yanırdı. Və yüzlərlə ölü...

Mehriban xanım deyir ki, ölkəsi bu yaxınlarda Qarabağ savaşında qələbə qazansa da, onlar bu faciəni unudulmayacaq və bağışlanmayacaqlar.

Mehriban Əliyeva: “Ermənilər bizim üçün əbədi düşməndir”.

Ermənistan tərəfi deyir ki, onlar 1992-ci ildə Azərbaycanın hakimiyyət orqanlarına Xocalıya hücum olunacağına dair xəbərdarlıq edibmiş.

Elçin Əmirbəyov (Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi): “Ermənistan tərəfinin Xocalıda guya azərbaycanlıların azərbaycanlıları öldürdüyünə dair iddiaları qəribədir. Vaxt gələcək, bu qətliama beynəlxalq məhkəmələr tərəfindən layiqli qiymət veriləcək. Hesab edirəm ki, Xocalıda nələrin baş verdiyini hər kəs bilməlidir”.

Azərbaycan illərdir Xocalı qıtliamının soyqırımı kimi tanınmasına çalışır. Amma BMT bu iddianı qəbul etmir.

Bu gün Bakı şəhidlərin xatirəsini yad etməklə yanaşı, Ermənistanda siyasi proseslərin gedişini də diqqətlə izləyir. Qonşu ölkədəki siyasi böhrana münasibət bildirən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Yerevan Dağlıq Qarabağla bağlı razılaşmaya əməl etməzsə, daha çətin vəziyyətə düşəcək.(http://worldmedia.az/)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar