Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Yaxın Şərqin xüsusiyyəti: Bir model kimi İranın bölgədəki rolu nədən ibarətdir?

Vaşinqtonla Tehran arasında baş verənlər danışıqların başlaması üçün zəmin yaradan bir oyun kimi qiymətləndirilə bilər...

Xalid bin Nayef əl-Həbbas - Ərəb Birliyi Baş Katibinin siyasi işlər üzrə müşaviri,
“Şarkul Avsat” qəzeti, 28 fevral 2021-ci il

Siyasi dairələrdə bölgədəki vəziyyət barədə davamlı olaraq danışıqlar aparılır. Aydındır ki, ABŞ-ın yeni adminstrasiyası böhranla və regional məsələlərlə bağlı əvvəlki administrasiyadan fərqli bir yanaşma, mənimsəyir. Əslində bu fərqli yanaşma təkcə regional məsələlərə aid deyil, həm də prezident Baydenin dediyi kimi, ABŞ-ın beynəlxalq aləmdəki rolunu əhatə edir.

Trampın “Öncə Amerika” siyasətinə alternativ olaraq, “Öncə Diplomatiya” və “Amerikanın Dönüşü” siyasəti önə sürülür. Lakin bu baxımdan coğrafi bölgələrin öz dinamikaları olduğunu başa düşmək lazımdır. Bu dinamikalar, ümumilikdə siyasi proseslərə böyük təsir göstərir. Beynəlxalq güclərin bununla necə məşğul olduqları və siyasətlərinin necə tərtib ediləcəyi də bu çərçivədə nəzərə alınmalıdır.

Yaxın Şərq bölgəsi mədəni, demoqrafik, tarixi, geostrateji və iqtisadi baxımdan dünyanın ən “xüsusi” bölgələrindən biridir. Başqa sözlə, bu bölgə iş birliyi və ya münaqişə modelləri, şahid olduğu müharibələr, qarşıdurmalar və böhranlar, ittifaqlar və əməkdaşlıqlar baxımından özünəməxsus bir xüsusiyyətə sahibdir. Burada İranı və bölgənin sabitliyindəki dağıdıcı rolunu, xüsusilə nüvə sənədi ilə əlaqədar beynəlxalq hərəkatın fonunda qiymətləndirməyə çalışacağam.

İran inqilabdan sonrakı 40 il ərzində regional böhranın güclənməsinə və mürəkkəbləşməsinə ciddi şəkildə kömək etdi. Terrorizmi dəstəklədi və bir çox dövlətdə hakimiyyətin nəzarətindən kənarda milislər yaratdı. Bu milislər İranın bölgədə və bölgə xaricində genişləndirici və dağıdıcı fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi bir silaha çevrildi. Tehran beynəlxalq ictimaiyyətlə danışıqlarında bunların hamısından bir təzyiq elementi kimi istifadə edir.

Qərb hökumətləri, xüsusən də ABŞ administrasiyası tərəfindən İranın sabitliyi pozan rolu barədə dəfələrlə verilən açıqlamalara baxmayaraq, bunun qarşısını almaq üçün hələ ki, təsirli bir həmlə görməmişik. Daha doğrusu, İranın rolu indi əvvəllər olduğundan daha təhlükəlidir. Prezident Klintonun “ikiqat mühasirəsi”, prezident Corc Buşun “şər bucağı və hiyləgər dövlət”, prezident Obamanın “uzadılan əl və düşmənləri cəlb etmək” və prezident Trampın “maksimum təzyiq” siyasətləri İranın bölgədəki davranışlarını dəyişdirməsində uğurlu ola bilmədi. Prezident Baydenin və onun “Öncə Diplomatiya” siyasətinin də bunun qarşısını ala bilməyəcəyini düşünürük.

Vaşinqtonla Tehran arasında baş verənlər danışıqların başlaması üçün zəmin yaradan bir oyun kimi qiymətləndirilə bilər. İran daha böyük qazanc əldə etmək üçün tavanı qaldırır. İran burada Obama administrasiyası ilə nüvə sənədləri barədə danışıqlarda əvvəlki təcrübəsindən ilham alır. Uranın zənginləşdirilməsindəki artım, bölgədəki milislərə verilən göstərişlər, əlavə protokolun dayandırılması və ali rəhbərin uran zənginləşdirmə nisbətini 60%-ə çatdırmaq üçün verdiyi açıqlama bu baxımdan başa düşülə bilər.

ABŞ administrasiyası Tramp dövründən miras qalan təzyiq kartlarını qorumağa çalışır. Ancaq bunu bu kartlara olan inamına görə deyil, danışıqların intensivliyini yüksəltmək üçün edir. Əslində, Vaşinqton avropalı müttəfiqləri vasitəsilə İrana müsbət mesajlar göndərir və bəzi qərarlarla İranı danışıqlara təşviq etməyə çalışır. Trampın BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiq edilməsi tələbinin geri çəkilməsi və İran diplomatlarına qoyulan məhdudiyyətlərin ləğvi buna nümunədir.

Bu proseslərlə yaxından maraqlanan ərəb ölkələri üçün ən vacib məsələ Vaşinqtonun İranla gözlənilən danışıqlar, İranın regional rolu və ballistik raket proqramı arasındakı əlaqədə nələr edəcəyidir. Ərəb ölkələri İranla gözlənilən beynəlxalq danışıqlara özlərinin də daxil edilməsini tələb etməkdə haqlıdırlar. Buradakı ən vacib məsələlərdən biri də İranın müdaxilə siyasətindən ən çox təsirlənən bu ölkələri gözardı edərək Obama administrasiyasının buraxdığı səhvi təkrarlamamaqdır. İran nüvə silahı əldə etsə və uğurlu olsa, ərəb və ərəb olmayan regional qüvvələr “tarazlıq və çəkindirmə” uğrunda nüvə yarışına sürüklənəcəklər.

İran, xüsusilə son 20 ildə bölgənin əsas məsələlərindən biri olan təhlükəsizlik problemi, məzhəb, siyasi və geostrateji vəziyyət arasındakı ziddiyyətlə yanaşı, həm də regionu talan etməmiş və sənədlərə müdaxilə etməmiş olsaydı, regional nüfuzunu bu qədər artıra bilməzdi. Regional və beynəlxalq güclər hər zaman öz maraqlarına çatmağa yönəlmiş konkret siyasətlər qəbul edir və bölgənin sabitliyinin tələb və xüsusiyyətlərini nəzərə almırlar. Bəziləri bu qeyri-sabit vəziyyətin xarici güclərin öz maraqlarını təmin etməsində daha uğurlu olmalarına şərait yaratdığını düşünürlər.

Xülasə olaraq, prezident Bayden administrasiyasının ərəb ölkələrinin İranın rolu və digər regional məsələlərlə bağlı narahatlıqlarını gözardı etməsi ABŞ-ın bölgə ilə bağlı siyasətinə faydalı olmayacaq. Əksinə, bu siyasət əvvəlki strategiyaların təkrarından ibarət olacaq. Çünki bölgədəki böhranlar və problemlər bəzi “regional xüsusiyyətlərə” sahibdir. Böyük qüvvələr oraya qoyduqları strategiyalarda bu xüsusiyyəti gözdən qaçırsalar, böhran yenə də davam edəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar