Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Ermənilər Qarabağdan imtina etdi" - Siyasi şərhçi

"Ermənistanın baş naziri Nikol Paşinyan bu gün onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib".

PİA.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Buna baxmayaraq, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əskinə qarşıdurma güclənəcək. Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirməsi istəyi də bundan xəbər verir. O baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki baş nazirin sözlərinə görə 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən budur ki, baş nazir baş qərargah rəisini istefaya göndərə bilmir, prezident də buna mane olur. Baş qərargahın rəisi Onik Qasparyanı istefa vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına baş qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik" - E.Şahinoğlu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

Ən çox oxunanalar