Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Milli Məclis sədrinin adından yayılmış fikirlər əsassızdır" - Deputat

“Təəssüf ki, bəzi saytlar və sosial şəbəkə səhifələri İP qazanmaq, oxucu yığa bilmək kimi məqsədlərlə ucuz vasitələrə əl atırlar. Belə ki, Milli Məclis sədrinin adından yayılmış olan “Hərbiçilərə iki qat maaş lazım deyil” fikirləri tamamilə əsassız fikirlərdir. Həmin iclasda iştirak edən bir deputat olaraq bildirmək istəyirəm ki, bu kimi həqiqətə uyğun olmayan fikirlərin Milli Məclis sədrinin adına çıxılması heç bir etik qaydalara sığmayan haldır və belə əsassız məlumatların sosial şəbəkələrdə tirajlanmasında özünü müxalifət adlandıran radikallar və qaragüruhlar xüsusilə maraqlıdırlar».

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmiş və təmas xətti dəyişmişdir. Daha doğrusu Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri bərpa edilməyə başlanılmışdır. Hərbiçilərinin iki qat maaş təminatı ilə bağlı Müdafiə Nazirliyi tərəfindən rəsmi açıqlama verilmiş və bu məsələ ilə bağlı dəqiqləşdirmə işlərinin aparıldığı bildirilmişdir. Bir daha qeyd etmək istərdim ki, həmin plenar iclas zamanı hərbiçilərimizin maaşlarının azaldılması kimi heç bir fikir səsləndirilməyib» - C.Osmanov qeyd edib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar