Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Proses nəzarətdən çıxır: "Ermənistan Rusiyaya birləşdirilə bilər"

Rusiya bölgədə müharibə istəməz, bu, onun da maraqlarına ziddir. İkincisi, 11 yanvar bəyanatı Rusiya prezidentinin vasitəçiliyi ilə Moskvada imzalanıb. Həmin sənəddə regional əməkdaşlığa başlanılması amili qeyd olunub. Regional əməkdaşlıq təkcə Azərbaycan və Türkiyənin yox, Rusiyaİranın da maraqlarına xidmət edir. Bu baxımdan, Rusiyanın bölgədə yeni müharibənin istədiyini düşünmürəm”.

PİA.az politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir:

- Qarabağdakı separatçı qüvvələrin çıxarılacağını gözlədiyimiz vaxt Rusiya sülhməramlılarının erməni həbçilərinin Laçın dəhlizindən Qarabağa gətirilməsinə yol verməsi birmənalı qarşılanmır. Baş verənləri necə izah etmək olar?

- Azərbaycan prezidenti də bir neçə dəfə vurğulayıb ki, rusiyalı sülhməramlılar səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olurlar. Məsələn, separatçılara humanitar yardım daşıyırlar, tikinti işləri aparırlar, modul tipli şəhərciklər salırlar, erməniləri Qarabağa gətirirlər. Gah da sərhədi boş buraxırlar, nəticədə kim istəyirsə, Qarabağa keçir. Bu da haqlı olaraq, Azərbaycanda narazılıq yaradır. Mətbuat konfransında Azərbaycan dövlət başçısına sülhməramlılara bağlı sual veriləndə, prezident ona işarə etdi ki, beş il sonra bizim bununla bağlı fərqli qərarımız ola bilər. Cəmiyyətimizin istəyi və tələbi də budur ki, beş il sonra Qarabağda sülhməramlılara ehtiyac qalmasın, oradan çıxsınlar.

Dövlət başçısı onu da vurğuladı ki, biz Qarabağda hərbi bazanın yaradılmasına razı ola bilmərik. Bu, Rusiyaya ünvanlanmış ciddi mesajlardır. Yəni həm onların fəaliyyətindən narazıyıq, həm də beş il sonra buranı tərk etməyə məcbur olacaqlar.

- Ümumiyyətlə, Rusiya Qarabağda savaşa son qoyan üçtərəfli anlaşmanın yerinə yetirilməsində maraqlıdırmı?

- Əlbəttə, maraqlıdır. Çünki Rusiya bölgədə müharibə istəməz, bu, onun da maraqlarına ziddir. İkincisi, 11 yanvar bəyanatı Rusiya prezidentinin vasitəçiliyi ilə Moskvada imzalanıb. Həmin sənəddə regional əməkdaşlığa başlanılması amili qeyd olunub. Regional əməkdaşlıq təkcə Azərbaycan və Türkiyənin yox, Rusiyaİranın da maraqlarına xidmət edir. Bu baxımdan, Rusiyanın bölgədə yeni müharibənin istədiyini düşünmürəm. Rusiya regional əməkdaşlığın qurulmasını istəyir. Buna görə də Ermənistanda baş verən hadisələr Rusiyanı narahat edir ki, hakimiyyətə kim gəlsə belə, 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetirsin.

- İrandan söz düşmüşkən, iranlı iş adamlarının Zəngəzura maraq göstərməyə başlaması, bölgəyə investisiya yatırmağa hazırlaşması haqda erməni mediasında məlumatlar dolaşır.

- İranın özünün iqtisadiyyatı ağır durumdadır. Belə bir vəziyyətdə hansı investisiya qoya bilər? İllərdir biz eşidirik ki, İran Ermənistana investisiya yatıracaq, fabrik və zavod tikəcək, dəmir yolu çəkəcək. Bunlardan hansı biri reallaşıb? Əslində, belə informasiyaların üstündən Azərbaycana o mesajlar verilir ki, guya İranın Ermənistanla əlaqələri güclüdür, böyük layihələr var və s. Nə İranın, nə də Ermənistanın bu kimi layihələri reallaşdırmağa imkanları mövcuddur. Ermənistan elə bir münbit ölkə də deyil ki, İran qoyduğu investisiyaları sonradan geri qaytara bilsin. Bunlar boş söz-söhbətdir.

- Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ermənistanın Rusiyaya birləşdirilməsi təklifi ilə çıxış edib. Jirinovskinin bu çağırışı təsadüfdürmü, bunun onun şəxsi yanaşması hesab etmək lazımdır, yoxsa...?

- Jirinovski hələ 2010-cu ildə “Krımı Ukraynadan qoparıb Rusiyaya birləşdirməliyik” deyəndə kimsə onun bu açıqlamasına fikir vermədi, onu ciddiyə almadılar. Amma 4 il sonra Jirinovskinin dediyi reallaşdırdı, Krım ilhaq olundu. İndi Jirinovski həmin fikirləri Ermənistan üçün səsləndirir. Jirinovski bunu 44 günlük müharibə zamanı da dilə gətirib. Əslində Ermənistanın müstəqilliyi kağız üzərindədir, bu ölkə elə qeyri-rəsmi Rusiyanın quberniyasıdır. Rusiyanın bu ölkədə hərbi bazası var, Ermənistanın sərhədlərini qoruyur, müftə hərbi texnika göndərir, böyük zavod və fabriklərinə nəzarət edir, dəmir yolu Rusiyaya məxsusdur.

Bir sözlə, Rusiyanın dəstəyi olmadan Ermənistan adlı dövlət ayaqda dayana bilməz. Bunu ruslar da bilir, ermənilər də. Ancaq artıq Moskvada onu görürlər ki, Ermənistanın indiki “müstəqilliyi” də onun üçün çoxdur, bir-birini qırırlar. Digər tərəfdən Moskva Ermənistanın Azərbaycan və Türkiyə qarşısında tamamən gücsüz duruma düşməsini də istəmir. Ona görə də Jirinovskinin Krımdan sonra Ermənistan barədə səsləndirdiyi fikrin də Kremlə məxsus olduğunu söyləmək üçün əsas var.

- Bəs Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin həssas olduğu bir vaxtda niyə “İsgəndər” sistemləri ilə bağlı Kremli qıcıqlandıran açıqlama verməyə ehtiyac duydu?

- Əslində Paşinyan Kremli qıcıqlandırmaq istəmirdi, Serj Sərkisyana cavab vermək istəyirdi. Paşinyan siyasətdə naşıdır, ona görə də anlamadı ki, bunun bir ucu Rusiyaya dəyəcək. Sərkisyan öz müsahibəsində demişdi ki, Paşinyan müharibədə “İsgəndər” raketlərindən istifadə etməli idi. Paşinyan da bir gün sonra müsahibəsində bildirdi ki, Azərbaycana atılan “İsgəndər”lər partlamadı. Bu açıqlamasını Sərkisyana ünvanlamışdı, amma bunun Rusiyaya da bir zərbə olacağını əvvəlcədən hesablaya bilmədi. Nəticədə vəziyyət bu həddə gərginləşdi.

Əlbəttə, Rusiya müharibədən sonra Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi ki, anlaşmaları yerinə yetirsin. Amma onun “İsgəndər” raketləri ilə bağlı dediyi sözlər Rusiyada ciddi narahatlıq və narazılıq yaratdı. Ola bilsin ki, Moskvada Paşinyanın cəzalandırılması ilə bağlı qərar verilib.

- İstefaya göndərilən qərargah rəisi Onik Qasparyan ətrafında maraqlı müzakirələr gedir. Baş verənlər qiyama hazırlıqdırmı, ya Paşinyana bir xəbərdarlıqdır?

- Bunun qiyam olduğunu düşünmürəm. Qiyam etmək üçün küçələrə top və tanklar çıxarılmalıdır. Amma biz küçədə bunları görmədik. Sadəcə olaraq, Onik Qasparyan Rusiyaya bağlı adamdır. Qasparyan Rusiyadakı müəyyən mərkəzlərin sifarişi ilə belə bir addım atdı. Amma Paşinyan istefa vermədi, böyük bir mitinq çağırdı. Məğlub ölkənin baş naziri olmasına baxmayaraq, Paşinyanın kifayət qədər tərəfdarları var. Bütün hallarda onu ehtimal edə bilərik ki, Paşinyan devrilə, hətta, ona qarşı sui-qəsd ola bilər. Amma hakimiyyətə kim gəlir-gəlsin, bu, bizi narahat etməməlidir. Biz müharibədə qələbə qazanmışıq. Hakimiyyətə gələn də müharibə istəsə, daha ağır zərbə alacaq, yarımçıq qalan işlərimizi də yekunlaşdıracağıq.

- Görünən budur ki, Paşinyan daxildən güclü təzyiq qarşısındadır. Sizcə, o, bu təzyiqlər qarşısında tab gətirə, hakimiyyətini qoruya biləcəkmi?

- Paşinyan hakimiyyətini qoruya, daha çox tərəfdar toplaya və həbslərə başlaya bilər, amma xaos və itaətsizlikdən qurtula bilməyəcək. Paşinyan oldu-olmadı, Ermənistandakı bu xaos uzun müddət davam edəcək. Ermənistan elə bir istiqamət götürüb ki, burada uzun illər normal durum olmayacaq. Siyasət və iqtisadiyyatda kifayət qədər problem var.

Erməni iqtisadçılarının sözlərinə görə, iqtisadiyyat artıq dağılır. Bir tərəfdə koronavirus, bir tərəfdə müharibənin ağır nəticələri, digər tərəfdə siyasi gərginlik və s. Üstəgəl, erməni iqtisadçıları bu il 200 min insanın Ermənistanı tərk edəcəyini proqnozlaşdırırlar. Bütün bunlar Ermənistanı daha da zəiflədəcək.

Rusiya Ermənistanda qarışıqlıqda maraqlı olmasa da, Türkiyə və Azərbaycanın qarşısında zəif olmasını da istəmir. Buna görə də Jirinovski haradasa haqlıdır. Ermənistan elə bir duruma gətirib çıxa bilər ki, özünü idarə edə bilməsin, sonda Rusiya həqiqətən də deyə bilər ki, bu kiçik vassalı özümə birləşdirim. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar