Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər. Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.

Görüşdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Azercell Telekom”a yeni prezident təyin olunub

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Qoşqar Təhməzli durğunluqda olan biznesini koronavirusun hesabına kompensasiya edir – Fakt

İnsan hansı orqanları olmadan yaşaya bilər? - Siyahı

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Diplomatik qalmaqal: Separatçılarla görüşən Aİ-nın nümayəndəsi Bakının etimadını itirdi

Ən çox oxunanalar