Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dil komissiyası: Saytlarda vəziyyət qənaətbəxş deyil

Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də Azərbaycan dilindən istifadə ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını bildirib.

Monitorinq Mərkəzindən Turan-a verilən məlumata görə, KİV-də aşkarlanan qüsurlara görə xəbərdarlıqlardan sonra cərimələr tətbiq edilib. Xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, aparıcılar, jurnalistlər deyil, həmin şəxslərin çalışdığı qurum cərimələnəcək.

Mərkəzin direktoru Sevinc Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil. Onun sözlərinə görə, orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulması narahatlıq doğurur.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Əlavə edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 1 avqust 2019-cu ildə yaradılıb. Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Dövlət Mərkəzini Müşahidə Şurası və direktor idarə edir. Müşahidə Şurası sədrdən və müvafiq ictimai, elmi və tədris qurumlarının nümayəndələrindən ibarət digər 4 üzvdən ibarətdir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar