Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Büdcə belə talanır: Mərkəzi Bank adi bir proqram təminatına milyonlar ödəyib

"Ötən il informasiya texnologiyaları (İT) sahəsinə ayrılan vəsaitlərə nəzər salıram. Təəccüblənməmək mümkün deyil. Bir sıra xərclərin ağlabatanlığı dərhal şübhə doğurur".

"AzPolitika.info" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, optimallaşma və səmərəliliklə bağlı tələblər mövcud olsa da, yenə hər dövlət qurumu özü üçün məxsusi İT həllər sifariş edir.

Ekspert vurğulayıb ki, mahiyyətcə eyni olan bu həllərə kəskin fərqli dövlət vəsaitləri sərf olunur:"Məsələn, az qala bütün dövlət qurumları elektron sənəd dövriyyəsi xidməti almaq , texniki dəstək və s. üçün tenderlər elan edirlər. e -Satınalma resursundan müşahidə etmək olar ki, bir çox dövlət qurumlarının bu xidmətləri almaq üçün ayırdıqları xərclər ağlabatan və məntiqli görsənir. Amma Mərkəzi Bank eyni bir xidməti almaq üçün milyonlar xərcləyib. Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 manat vəsait ayırıb. Bu qurum həmin il eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 manatı da yenə həmin SİNAM şirkətinə ödəyib".

O. Gündüz qeyd edib ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır.

"Bilmirəm, bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var. Adi məntiqlə yanaşsaq, bu qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur",-deyə ekspert vurğulayıb.

Osman Gündüz bildirir ki, bunlar həm də onun göstəricisidir ki, e -Gov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin e -Gov Mərkəzinin elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil: "Qurum e-Gov sahəsində bir sıra uğurlu həllər təklif etsə də, bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz. e -Gov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur. Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif, ağlasığmaz qiymətlərlə tətbiq olunursa, demək, burada effektiv e -Gov əlaqələndirməsindən danışmaq doğru olmazdı".

SİNAM şirkəti il bağlı internet üzrə apardığımız araşdırma zamanı maraqlı məlumatlar əldə etdik. "Vikipediya"-da yerləşdirilən məlumata görə, şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support).

2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis edib.

Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. Şirkətin baş direktoru Əbülfət Rəhmanov, maliyyə işləri üzrə rəhbəri Elşad Abdullayev, Texniki şöbənin rəhbəri Firuz Tahirov, kommunikasiya şöbəsinin rəhbəri isə Davud Məmmədovdur.

SİNAM-ın müştəriləri arasında Dövlət Gömrük Komitəsi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Kibernetika İnstitutu və çoxlu sayda digər dövlət və özəl qurumlar var. Korporativ işlərdən başqa SİNAM şirkəti həmçinin proqramların Azərbaycan dilinə tərcüməsi ilə məşqul olur.

Ötən ilin 6 ayı ərzində SİNAM MMC 2 milyon 624.28 min manatlıq dövlət büdcəsindən qidalanan qurumlarla tender üzrə müqavilələr imzalayıb. Ən böyük müqavilə isə Azərbaycan Mərkəzi Bankı ilə baş verib. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manatlıq vəsait ödəyib.

"SİNAM” sanki bazarda İT sahəsi üzrə bu dövlət qurumlarının ən çox etibar etdiyi görünür. Bəli, bu faktır ki, şirkət 2001-ci ildən fəaliyyət göstərir. Lakin, bu sahə üzrə rəqibsiz olması bir qədər maraqlıdır.

 pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar