Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

DİN-dən Vətən Müharibəsi iştirakçısının polis bölməsində döyülməsi iddiasına cavab

"Elvin Allahverdiyevin polis bölməsində zorakılığa məruz qalması və ondan pul alınması iddiaları həqiqəti əks etdirmir".

Yeniavaz.com xəbər verir ki, Vətə Müharibəsi iştirakçısı Elvin Allahverdiyevin Sabunçu Rayon 15-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən təhqir olunması, zorakılığa məruz qalması və hədə-qorxu yolu ilə 500 manat pulunun alınması iddialarına Daxili İşlər Nazirliyindən belə cavab verilib. Nazirlikdən bildirilib ki, fevralın 19-da Elvin Allahverdiyevin polislər tərəfindən saxlanılmasına səbəb ictimai qaydanı pozması olub:

“Fevralın 19-da gecə saat 3 radələrində Sabunçu rayonu ərazisində mübahisə edib uca səslə danışaraq ictimai qaydanı pozan 4 nəfər, onlardan biri də Elvin Allahverdiyev ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq şəxsiyyətlərinin müəyyən edilməsi üçün 15-ci Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların aralarında olan pul borcuna görə mübahisə etdikləri müəyyən edilib və Elvin Allahverdiyev də daxil olmaqla həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıblar. Yəni, məsələ heç də Elvin Allahverdiyevin dediyi kimi olmayıb”.

Xatırladaq ki, Bakı şəhər Nizami rayon sakini, Vətən Müharibəsi iştirakçısı Allahverdiyev Elvin Saday oğlu bu il fevral ayının 25-də Yeniavaz.com-a müraciət edərək, fevralın 19-u gecə saat 3 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən heç bir əsas olmadan həmin polis bölməsinə aparıldığını, təhqir olunduğunu, zorakılığa məruz qaldığını və hədə-qorxu yolu ilə 500 manat pulunun alındığını iddia etmişdi.

O fevralın 27-də verdiyi açıqlamada isə Həm Bakı Şəhər Baş Polis İdarəsinə, həm də Sabunçu Rayon 15-ci polis Bölməsinə çağrıldığını və ondan alının 500 manatın qaytarıldığını bildirmişdi. E. Allahverdiyev edilən zorakılıq və təhqirlərə görə isə heç kimin ondan üzr istəmədiyini bildirmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdi.

Fevralın 27-də DİN-dən Yeniavaz.com-a məsələ ilə bağlı heç bir açıqlamanın verilməyəcəyi bildirilmşdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

"Bu mən deyiləm, mənim nömrəm deyil" - Hüseynbala Mirələmovdan açıqlama

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

Həbs edilən baş həkim generalın qohumudur - Foto

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan xəbər var

Ən çox oxunanalar