Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib.

Onun sözlərinə görə, N. Paşinyanın açıqlamasına səhv məlumatlar səbəb olub və o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bildirib.

Ermənistan Baş Naziri ilə Rusiya Prezidenti arasında baş tutan telefon danışığı zamanı, digər məsələlərlə yanaşı, Baş nazirin “İsgəndər” raket sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair açıqlaması müzakirə olunub. Ermənistan Baş naziri faktları və məlumatları müqayisə edərək bu qənaətə gəlib ki, o, vəziyyətlə bağlı səhv məlumatlandırılıb. Bundan əlavə, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinə aidiyyəti yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”, - deyə M. Gevorqyan qeyd edib.

Xatırladaq ki, fevralın 23-də "1in.am"a verdiyi müsahibədə N. Paşinyan Ermənistana təhvil verilən “İsgəndər” raket sisteminin keyfiyyətinə şübhə etdiyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

Ən çox oxunanalar