Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: “Bayden Administrasiyası bizi yenidən Əfqanıstana qaytarır"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin hazırkı rəhbəri Co Bayden və administrasiyası ölkəni hərbi qarşıdurmalara sürükləyir.

TASS agentliyi xəbər verir ki, D.Tramp bu barədə Florida ştatının mühafizəkar dairələrinin konfransında çıxış edərkən bildirib.

“Mənim vəzifəmdən getməyimə az qalmış, biz, əslində ardı-arası kəsilməyən müharibələri dayandırdıq. 19 il Əfqanıstanda olmuşuq və biz hakimiyyətdə olduğumuz müddətdə orada hərbi mövcudluğumuzu, demək olar ki, sıfıra endirdik. İndi eşidirəm ki, yeni administrasiya bizi Əfqanıstana qaytarmaq istəyir”, - deyən D.Tramp qeyd edib.

O, həmçinin əlavə edib ki, öz prezidentliyi dövründə Yaxın Şərqdə sülh müqavilələri imzalanıb, halbuki, heç kim bunu təsəvvür belə edə bilməzdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar