Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Co Baydendən sərt xəbərdarlıq: “Qaydalar dəyişib”

“Co Baydenin prezident səlahiyyətlərinin icrasına başladığı tarixdən cəmi 40 gün ötsə də, Ağ evin sahibi diqqət çəkici bəyanatları ilə yanaşı artıq bir neçə ciddi addımı ilə Vaşinqtonun qətiyyətli və tərəddüdsüz xarici siyasət yürüdəcəyini göstərdi”.

Bu sözləri politoloq Xaqani Cəfərli ABŞ-n yeni administrasiyasının xarici siyasət kursunu şərh edərkən deyib.

Onun sözlərinə görə, jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanın 76 nəfər məmuruna qarşı ABŞ-ın sanksiya tətbiq etməsi yeni bir dövrün başlanğacı hesab oluna bilər:

“Belə görünür ki, Co Baydenin başlatdığı bu mərhələdə toxunulazlar və imtiyazlılar olmayacaq. Çünki, bu günə kimi Səudiyyə Ərəbistanın ünvanına sərt tənqidlərə belə yol verilirmirdi. İndi isə Səudiyyə Ərəbistanın 76 nəfər məmuruna qarşı sanksiya tətbiq olunur. Üstəlik, prezident Co Bayden Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdül Əzizlə telefon danışığı zamanı jurnalist Camal Qaşıqçının qətlinə görə Ər-Riyyadı məsuliyyə cəlb edəcəyi ilə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanın kralı ilə telefon danışığı haqqında Univision telekanalına açıqlama verən Co Bayden belə deyib: “Ötən gün kralla danışdım. Ona bildirdim ki, qaydalar dəyişib. İnsan hüquqlarının pozulmasına görə cavab verəcəklər”.

Vaşinqtonun xarici siyasətində qaydaların dəyişdiyini təsdiq edən ikinci hadisə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun “Putinin aşbazı” ləqəbi ilə tanınan rusiyalı oliqarx Yevqeni Priqojinla bağlı axtarış elan etməsi və bu şəxsin həbsinə yardım edənə 250 min dollar mükafat vəd etməsidir. Rusiyalı politoqlar Priqojinla bağlı ABŞ ədliyyəsinin bu addımının birbaşa Putinə qarşı yönəlmiş addım hesab edirlər. Priqojin rəsmi şəxs olmasa da, Putinin bütün “qara işləri” məhz bu şəxsin vasitəçiliyi ilə həyata keçirdiyini nəzərə alanda, bu addım Rusiya prezidenti ilə bağlı ABŞ ədliyyəsinin əlindəki dosyenin icraya yönəldildiiyi kimi qiymətləndirilməlidir.

Qaydaların dəyişdiyini təsdiq edən üçüncü hadisə ABŞ Hərbi Hava Qüvvələrinə aid iki F-15 qırıcısının Suriya ərazisindəki doqquz obyekti tamamilə məhv etdikdən sonra prezident Co Baydenin Tehrana etdiyi xəbərdarlıqdır.
“Ehtiyatlı olun. Sizin davranışlarınız cəzasız qalmayacaq”.

Bu üç hadisə qaydaların həqiqətən dəyişdiyini,Vaşinqtonun kökə və kötək siyasətində dəyişiklik baş verdiyini və kötəyin kökədən önə keçdiyini göstərir. Həm də kötəkdən sonra kökə olmaya da bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar