Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibənin ilk günlərində İran Ermənistana silah ötürüb” - Açıqlama

İranın İraqdakı səfiri İrec Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması iki ölkə arasındakı münasibətləri kəskinləşdirib və İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Görünən odur ki, rəsmi Tehran şakərinə uyğun olaraq yenə də bulanıq suda balıq tutmaq siyasətini davam etdirir. Bu dəfə isə Türkiyəyə sataşıb. Halbuki ilin-günün bu vaxtında sanksiya məngənəsində can verən İranı dəstəkləyən yeganə dövlət Türkiyədir. Elə isə bu dövlət niyə öz oturduğu budağı özü kəsir? Olmaya acınacaqlı durumda olan Tehranı hansısa beynəlxalq qüvvlər Ankaraya qarşı alətə çeviriblər?

PİA.az xəbər verir ki, Moderator.az-ın bütün bu suallarını Türkiyənin Ərciyəs Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı cavablandırıb:

"İranın İraqdakı səfirinin sayıqlaması əslində öz dövlətini də zərbə altında qoymuşdur. Türkiyənin “həddini bil” uyarısından sonra onun həmin postda qalması mümkün deyil və İran artıq bu gerçəklə üzləşmişdir ki, əgər Türkiyə onunla bağlı siyasətinə dizayn versə İran çətin duruma düşər.

Türkiyə qonşu kimi İranı həmişə xilas edib, amma indiyədək qarşılığını da görməyib. Şimali İraqSuriyada öz təhlükəsizliyini qoruyan Türkiyəyə qarşı İranın mövqeyi heç də həmişə qonşu münasibətində olmayıb. Suriyada Əsəd rejimini Rusiyadan çox İran dəstəkləyib, Türkiyənin apardığı siyasətin əksini edib və indi də Əsədin qoruyucularındandır. Halbuki Əsəd hakimiyyətdən getsəydi, ölkə gərginlik və xaosdan çıxa bilərdi.

Dediyiniz kimi, İran “oturduğu budağı kəsməklə” məşğul olub. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, buradan Ermənistana həmişə yardımlar gedib. Güney azərbaycanlı qardaşlarımız bu yardımların qarşısını almağa cəhd etdiklərini gördüyümüz videolar ortadadır.

Elə dünən bir erməni bloqqer Vardan Quqasyan sənədlər nümayiş etdirdi. Müharibənin ilk günlərində İrandan Ermənistana silah və yanacaq götürən Rusiyanın böyük bir maşın karvanı maneəsiz Ermənistana ötürülüb. Bu ayrı mövzudur ki, həmin silahlarla dolu karvanlar Ermənistanın özü tərəfindən maneəyə rast gəlib. Erməni bloqqer öz hakimiyyətini tənqid etmək üçün açıqladığı bu faktlar İranın Azərbaycana qarşı gizli fəaliyyəti olduğunu isbat edən önəmli faktlardır.

Həm də bu bilinən və erməninin açıqladığı yüzlərlə faktdan biridir. Türkiyə və onun strateji ortağı İrana qarşı münasibətdə qonşuluq ilişkilərinə sadiq olub. Səfirin belə bir açıqlamada bulunması İranın bölgədə Türkiyənin apardığı siyasətə qarşıdır, Türkiyənin beynəlxalq terroru bölgədən silmək siyasətinə uyğun deyil. Bu isə o anlama gələ bilər ki, dolayısı ilə İran terroru dəstəkləyir. Adı beynəlxalq terroru dəstəkləyən ölkələr sırasında olan Türkiyə deyil, İrandır. Bu mövqeyi ilə İran heç zaman həmin siyahıdan adını çıxarda bilməyəcək.

Bu olayın belə bir anlamı var. Məlumdur ki, ABŞ-n başını çəkdiyi beynəlxalq güclər - Yunanıstan, Misir, Fransa və başqa ölkələr Aralıq dənizində Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirirlər. İran açıq şəkildə onlara qoşulmur, amma mesajını verir. Bu isə qonşuluq münasibətlərinə tərs olduğu şəksizdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar