Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Hindistan və Pakistan arasında atəşkəsə dair razılığı alqışlayıb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Hindistan və Pakistan hərbçilərinin Kəşmirdəki Nəzarət Xətti (Line of Control - LoC) boyunca atəşkəsə dair bütün razılaşmaları ciddi şəkildə yerinə yetirmək barədə razılığa gəldikləri ilə bağlı fevralın 25-də verdikləri ortaq bəyanatdan məmnun qalıb.

Xarici KİV xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Dujarrik brifinq zamanı bildirib. 

S.Dujarrik deyib ki, Baş katib bu müsbət addımın gələcək dialoq üçün fürsət yaradacağına ümid edir.

S.Dujarrik əlavə edib ki, Hindistan və Pakistanın Hərbi Əməliyyatlar üzrə General Direktorları sərbəst və səmimi bir atmosferdə Nəzarət Xətti və digər sektorlardakı mövcud vəziyyəti təhlil edib.

Amerika Birləşmiş Ştatları da Hindistan və Pakistanın qərarını məmnuniyyətlə qarşılayıb. Bu qərarı Cənubi Asiyada daha çox barış və sabitliyə doğru müsbət addım adlandırıb. 

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, ABŞ Hindistan və Pakistan arasında Nəzarət Xətti boyunca atəşkəsə ciddi şəkildə riayət etməyi dair qəbul edilən razılığı alqışlayır: "Bu, ümumi maraqlarımıza cavab verən, Cənubi Asiyada sülhün və sabitliyin möhkəmləndirilməsi yolunda atılan müsbət addımdır. Hər iki ölkəni bu istiqamətdə addımlarını davam etdirməyə çağırırıq". (AzPolitika.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar