Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb    

Qarabağ müharibəsi zamanı Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıran İranın əldə etdiyi məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığı ortaya çıxıb.

Türkiyənin "Haber 7" telekanlı məlumat verir ki, 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında başlayan Qarabağ müharibəsində İranın Ermənistan rəhbərliyinə ciddi kəşfiyyat dəstəyi verməsi ilə bağlı faktar üzə çıxıb.

Məlumatlara görə, müharibənin ilk günlərindən etibarən İran tərəfi 70-80 nəfərlik xüsusi avadanlıqlarla təchiz edilmiş qrup və texnikanın Qarabağ sərhədində yerləşdirib.

Cəbrayılda yerləşən Xudaferin körpüsünə paralel xətt üzərində mövqelənən İran əsgər və texniki mütəxəssisləri PUA-lar, döyüş təyyarələri və vertolyotlarının hava hərəkətini, Azərbaycan əsgərlərinin radio frekanslarını izlədikləri məlum olub.

Kanal İrandakı mənbələrinə istinadən “Ayaz Girari”də inşa edilmiş xüsusi radar sistemlərini və dinləmə stansiyaları yerləşdirən İran əsgərlərinin bu məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığını bildirib.

İranlı mənbə sərhəd xəttində inşa edilmiş bazaya uzun müddət heç bir mülki şəxsin buraxılmadığı qeyd edərək, “Bu yer tamamilə Türk kənd və qəsəbələrindən ibarətdir. Bu səbəbdən İran əsgərləri fövqəladə təhlükəsizlik tədbirləri ilə baza ərazisini qoruyurdular”, deyə qeyd edib.

Kanala açıqlamasında Azərbaycandakı təlimlərədə iştirak etmiş yüksək rütbəli Türkiyə hərbiçisi İranın müharibə zamanı bəzi xüsusi məlumatlar əldə etməyə çalışdığını qeyd edib.

Hərbiçi, İran kəşfiyyatının Azərbaycanın PUA-ları, döyüş təyyarələri və helikopterlərinin yerləşmələri, əməliyyat strategiyaları və taktikaları haqqında məlumat əldə etmək üçün fərqli üsullar tətbiq etdiyini söyləyib. (Bizim.Media)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar