Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrinə, Qarabağ qazilərinə dövlət qayğısı davamlı olaraq artır

Azərbaycanda şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Artıq şəhid ailələrinin, eləcə də Qarabağ qazilərinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, aidiyyəti qurumlara tapşırıqlar verilib və bu istiqamətdə fəaliyyətlər daha da genişləndirilir.

Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir. Nəticə etibarilə bu, ondan xəbər verir ki, həm şəhid ailələrinin, həm də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı çoxlu sayda dövlət proqramları mövcuddur. Eyni zamanda, həmin ailələrə verilən müavinətlərin artırılması da mütəmadi olaraq həyata keçirilir. Həmçinin yanvarın 25-də Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslərin (ailələrin) mərhələli şəkildə mənzillə təminatı həyata keçiriləcək. Bu sənəd bir daha onu təsdiq edir ki, bu məsələ Azərbaycan üçün bütövlükdə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Dövlət dəstəyi ilə yanaşı, artıq yeni formalaşan “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir. Sabirabad rayonunda da “YAŞAT” Fondunun əməkdaşları İkinci Qarabağ müharibəsində şəhid olmuş vətəndaşlarımızın ailələri ilə görüşüblər. Təbii ki, “YAŞAT” Fondu həmin ailələrə lazımi dəstək göstərir və bu qayğı davamlı olacaqdır. Eyni zamanda, həm dövlət tərəfindən, yəni dövlət büdcəsindən, həm də büdcədənkənar mənbələrdən də şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı işlər davam etdirilir. Bu baxımdan Azərbaycan üçün 2021- ci il və növbəti illərdə də şəhid ailələrinin və Qarabağ qazilərinin ailə üzvlərinin sosial təminatının daha da gücləndirilməsi prioritet olaraq qalacaq. Bu istiqamətdə həm dövlət, həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu mühüm işlər həyata keçirirlər. Bu isə ondan xəbər verir ki, ölkəmizdə şəhid ailələrinin və Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir.

Məleykə Ağayeva,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar