Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Şuşada məğlub olan komandiri axtarırlar

Ermənilər Şuşada rüsvayçı məğlubiyyətə uğrayan komandirin axtarışına çıxıblar.

PİA.az xəbər verir ki, bu barədə Hraparak.am məlumat yayıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya – Şuşa istiqamətində məğlub olan hərbi birləşmələrə rəhbərlik edən komandirin adını açıqlamaq üçün bir ay vaxt tələb edib.

“Sorğunuza cavab olaraq bildirmək istərdik ki, sorğuda göstərilən məlumatları təqdim etmək üçün əlavə araşdırmalara ehtiyac var. Buna görə sorğunun cavabı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə veriləcək”, – nazirliyin cavabında deyilir.

Bildirək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri yalnız yüngül silahlarla silahlanaraq dağlardan, meşələrdən, cığırlardan keçərək, düşmənlə əlbəyaxa savaşaraq Şuşa şəhərini 8 noyabr tarixində işğaldan azad ediblər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhərin azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. O vurğulayıb ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar