Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan prezidenti Baş Qərargah rəisini dəstəklədi - Paşinyanın tələbi geri qaytarıldı

Ermənistan Prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb.

Bu barədə “Sputnik Ermənistan” xəbər verir. Fərman layihəsi hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun nəticəsində onun Konstitusiyaya zidd olduğu qərara alınıb.

“Bir daha təsdiq edirik ki, Prezident heç bir siyasi gücə tərəf durmur. O, qərarı ancaq dövlət və ümummilli mənafeləri əsas tutaraq qəbul edib. Şübhəsiz, Silahlı Qüvvələr siyasi məsələlərdə bitərəfliyi qoruyub saxlamalıdır”, - Prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Sarkisyanın sözlərinə görə, hərbi əməliyyatlarla əlaqədar Silahlı Qüvvələrin bu gün həmişəkindən daha çox yardım və diqqətə ehtiyacı var. Ordu və şəxsi heyətin problemlərinin həlli prioritetdir və nəzərə alınmaya bilməz.

Prezident qeyd edib ki, yaranmış vəziyyət misilsizdir və sistemli və hərtərəfli qərarlar tələb edir, tez-tez kadr dəyişiklikləri ilə həll oluna bilməz.

Qeyd edək ki, qərar qəbul etmək üçün Armen Sarkisyanın 3 gün vaxtı var idi, müddət bu gün saat 00:00-da başa çatacaqdı.

İndi Baş nazir öz qərarını geri götürməsə və yenidən Prezidentin imzalanmasına göndərərsə, sonuncu sənədin Ermənistan Respublikasının əsas qanununa uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb və onu Prezidentə göndərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar