Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı jurnalist Ermənistanın 9 noyabr tarixli Bəyanatın şərtlərini pozduğunu sübut edib

Fevralın 26-da Bakıda keçirilən mətbuat konfransında prezident İ.Əliyev Laçın yolu ilə diversiyaçıları Qarabağa buraxan Rusiya sülhməramlı missiyasındakı nöqsanlardan danışıb. Azərbaycanda müharibənin başa çatması haqqında 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistandan Qarabağa göndərilən hərbi qulluqçuları diversiyaçı adlandırırlar.

Elə həmin gün Amerikalı jurnalist-frilanser Patrik Lankaster İ.Əliyevin iddiasını təsdiq edən videoreportaj yayıb. Ermənistan Müdafiə Nazirliyinin qapısı ağzında keçirilən etiraz aksiyasında iştirak edən erməni əsgərlərin valideynləri Lankasterə erməni əsgərlərin gizlicə Qarabağa göndərildiyini bildiriblər. Müdafiə Nazirliyi qarşısında toplaşan valideynlərin övladlarını da hərbi xidməti davam etdirmək üçün gizlicə Qarabağa göndərməyə çalışırdılar. Valideynlərin sözlərinə görə, Ermənistanda məzuniyyətini başa vuran əsgərləri gecə saat 3-də (fevralın 25-dən 26-na keçən gecə) tikinti materialları daşıyan bağlı yük maşını ilə Qarabağa aparmaq istəyirdilər.

“Əliyev deyib ki, erməni əsgərlərin Qarabağda qulluq etməsinə icazə vermir. Onlar orada əsir götürüləcəklər. Buna görə biz övladlarımızın tikinti materialı kimi oraya aparılmasını istəmirik. Müdafiə Nazirliyi valideynlərin nümayəndə heyətini qəbul edib, danışıqlar aparılır”, deyə erməni əsgərin babası bildirib.

Müsahibə alınan digər valideyn deyir ki, “Arsax artıq Ermənistan deyil, valideynlər isə övladlarının doğma vətəndə qulluq etməsini istəyirlər. Hökumətin fərmanı var, bu, nəzərdə tutulmayıb”.

Jurnalistin suallarını cavablandıran üçüncü şəxs Qarabağ müharibəsindən depressiya vəziyyətində qayıtmış əsgərin babasıdır. Əsgər müalicə olunub, valideynlərinə söz veriblər ki, o, xidmətinin qalan hissəsini Ermənistanda keçəcək. Amma aldadıblar, Müdafiə Nazirliyi əsgəri Qarabağa aparmaq istəyir.

Əsgər anası əlavə edir: oğlunu adi, mülki geyimlə aparmaq istəyirdilər. Digər qadın təsdiq edir – əsgərlərə Qarabağa göndəriş üçün toplanma məntəqəsinə mülki geyimdə gəlməyi əmr ediblər. Rusiya sülhməramlılarının postuna qədər yolda maşınları Azərbaycan postu yoxlayır, onlar erməniləri əsir götürəcək, deyə erməni əsgərin anası bildirib.

 

Valideynlərin digər çıxışlarından:

– Fevralın 25-də gecə saat 3-də erməni əsgərlər tikinti materialları daşıyan bağlı maşınla gizlicə Qarabağa göndəriliblər.

– Əsgərlərin sərhəddən mülki geyimdə keçirilməsi təcrübədən keçirilir.

– Sülhməramlılar Ermənistan SQ-ni buraxmır, buna görə Ermənistan tərəfi bu cür addımlar atmağa məcburdur.

Ermənistan SQ-nin hələ də Qarabağda qalan əsgərləri məzuniyyətə buraxılmır, belə ki, onları geri aparmaq çətin olacaq.

– Əsgərlər Qarabağda qulluq etmək istəmirlər, buna görə qanunsuzluqlar barədə kütləvi şəkildə məlumat verirlər.

Ermənistan hökuməti rəsmi olaraq bildirir ki, Ermənistandan olan çağırışçılar Qarabağda qulluq edə bilməz.

“Qız qalası” teleqram kanalında reportajdan çıxan nəticələr dərc olunur:

– Sülhməramlılar Ermənistan SQ-ni Qarabağ ərazisinə buraxmayaraq, sazişin şərtlərini yerinə yetirməyə çalışırlar.

Ermənistan tərəfi sülhməramlıları aldatmağa və müəyyən qüvvələri Qarabağa keçirməyə imkan tapır.

– Ordu və Ermənistan hökuməti arasında münaqişə fonunda hazırda Ermənistanda bu təxribat xarakterli fəallığa kimin icazə verdiyi aydın deyil.

Teleqram kanalı Lankasterin videosunu Ermənistan tərəfin üçtərəfli sazişi pozmasının dəlili hesab edir və Azərbaycan hakimiyyətinin Qarabağda RF sülhməramlı qüvvələrinin nəzarət-buraxılış tədbirlərinin səmərəliliyi məsələsini qaldıracağını gözləyir. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar