Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..

Aleksandropolis bazasından sonra, Krit adası da Amerika bazası olaraq istifadə edilməkdədir. İndi də Qərbi Trakiyada böyük təlim keçirilir. Görəsən bütün bunlar kimə qarşı edilir?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 26 fevral 2021-ci il

Təxminən 20 ildir ki, ABŞ öz “bazalar zənciri” sayəsində bir tərəfdən Avropa ilə Rusiyanın arasına girir, cənubdan Çini mühasirəyə alır, digər tərəfdən isə Türkiyəni Balkanlar, Şərqi Aralıq dənizi, İraqSuriyanın şimalından hava bazaları və terror təşkilatları ilə mühasirəyə almağa çalışır.

Türkiyənin mühasirəyə alınması müxtəlif zamanlarda Türkiyədəki siyasi kadrların ABŞ-la işbirliyi içində olması nəticəsində mümkün oldu. Məsələn, bu gün İraqın şimalındakı Bərzani dövlətinin təməlini qoyan “Çəkic Gücü” keçmiş Türkiyə prezidenti Turqut Özal və onun baş naziri Məsud Yılmaz tərəfindən ölkəyə dəvət edilmişdi. Müxalifət də bu prosesi təsdiqləmişdi. Milli Təhlükəsizlik Şurasının iclasları zamanı bu gücün səlahiyyət müddətinin uzadılması üçün tövsiyələr verilir və qərarlar Məclis tərəfindən qəbul edilirdi. “Çəkic Gücü” Türkiyəyə yerləşmiş və İraq hökumətinin İraqın şimalına girməsini qadağan edərək kürd muxtariyyətini qurmuşdu.

Suriyanın vətəndaş müharibəsi prosesinə daxil edilməsi ABŞ-ın “İslamdaxili qarşıdurma strategiyası”nın bir məhsulu idi. Həmin vaxt Türkiyəni idarə edən yeni siyasi kadrlar, yəni Abdullah GülRəcəb Tayyib Ərdoğan hökumətiləri bu prosesə kömək etmiş, Suriyadakı vətəndaş müharibəsinin əsasını qoyan güclərin bir hissəsinin Türkiyədə təhsil almasını təmin etmiş, sonra da onlara logistik dəstək və silah vermişdi. Buna görə də ABŞ AKP hökumətinin daxili siyasətdə çətin vəziyyətə düşməməsini təmin etdi və guya qaçqınlara təhlükəsiz zona yaratmaq məqsədi daşıyan, ancaq türk əsgərlərinin 30 kilometr dərinlikdən keçməsinə icazə verilməyən əməliyyatlar həyata keçirdi. Beləliklə, 30 km-lik zonanın altındakı bölgədə PKK-nın Suriya qolunu da heç narahat etmədən bir dövlət qurmağı bacardı.

Bütün bunlar davam edərkən Türkiyədəki ictimaiyyət Osmanlı xəyalları və filmləri ilə aldadıldı, milli və dini həyəcan yüksəldildi və bəzən də “Kanal İstanbul” kimi aya getmək layihələri ilə xalq az qala yuxuya verildi.

Bu müddətdə əkinçilik də çökdü, Xəzinə boşaldıldı və ABŞ-dakı bir cəmiyyətin ümidinə qalan ordu və məhkəmə sistemi 15 İyuldan sonra siyasiləşdirildi. Ölkənin müqavimət qüvvələri olan dövlət qurumları bir-bir ələ keçirilərkən, milli hədəfləri olan bütün siyasi qurumlar dəyişdirildi. İndi isə yeni bir dövlət qurulmasından bəhs edilir.

Yunanıstan 2004-cü ildə AKP hökumətinin təsdiqi ilə 18 türk adasını işğal etdi. O dövrdə də xalq Avropa Birliyi ilə bağlı xəyallar qurmağa davam etdi.

Türkiyə Ayasofiya barədə danışarkən ABŞ, Yunanıstan, Fransa və Almaniya Egey və Aralıq dənizində Türkiyənin qarşısında yeni səddlər inşa etdi. ABŞ 23 İyul 2020-ci ildə bir mərasimlə Aleksandroupolis hərbi bazasını açdı.
Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi, istefada olan polkovnik Ümit Yalım isə ABŞ-ın dəniz və hava bazası açdığı Aleksandroupolis bölgəsinin 1923-cü il tarixli Lozanna müqaviləsinə uyğun olaraq hərbisizləşdirmə vəziyyətində olduğunu və Lozanna razılaşmasının Trakiya Sərhədinə dair Konvensiyaya əsasən, Türkiyə ilə Yunanıstan və Bolqarıstan arasında olan sərhəddin hər iki tərəfində 30 km-lik bir qeyri-hərbi zona olduğunu xatırladıb. Onun sözlərinə görə, “Yunanıstan və ABŞ Lozanna Müqaviləsini pozarkən hökumət hadisələri eləcə izlədi. Yunanıstana “bir musiqi notası” belə verilmədi”.

Məlum olduğu kimi, Şərqi Aralıq dənizindəki bu yunan cəsarətinin arxasında Amerika şirkətlərinin bölgədəki təbii qaz qaynaqları üçün Kipr-Rum dövləti ilə imzaladığı müqavilələr var. Əslində, Fransa Türkiyəyə qarşı uğursuz olduqda ABŞ bölgədə güc göstərməyə başladı. ABŞ-Yunan hərbi əməkdaşlığı yeni qurulan Amerika bazaları ilə və Türkiyə sərhəddinnin yaxınlığında keçirilən hərbi təlimlərlə irəliləməyə başlamışdı. Aleksandroupolis bazasından sonra, Krit adası da Amerika bazası olaraq istifadə edildi. İndi də Qərbi Trakiyada böyük bir təlim keçirilir. Görəsən, kimə qarşı edilir?..

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

"Bu mən deyiləm, mənim nömrəm degil" - Hüseynbala Mirələmovdan açıqlama

“Rusiyanın Gümrüdəki hərbi bazası bütün şəxsi heyyəti ilə Vətən müharibəsində iştirak edib” - Qabil Hüseynli

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Gücüstan heyəti Azərbaycanın əleyhinə səs verdi – Politoloqdan şərh

Qarabağ ətrafında yeni gərginlik - Mandatsız sülhməramlıların özbaşınalıqları Bakı ilə Moskva arasında soyuqluq yaradır...

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı: Ziyəddin Əliyev yəhudi iş adamının pulunu niyə vermir? - İddia

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay