Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

Bakıda anasını öldürməyə cəhddə ittiham olunan Sənan Şahkərimov yenidən məhkəməyə müraciət edib.

“Report”un xəbərinə görə, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.

6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən S.Şahkərimovun təqdimatı Nizami Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

İttihama görə, S.Şahkərimov anası K.Zalovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürmək istəyib. Belə ki, o, yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib. S.Şahkərimov anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Zərbələr K.Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. O, anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.

S.Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apelyasiya Məhkəməsi onun barəsindəki hökmü qüvvədə saxlayıb, apelyasiya şikayətini təmin etməyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Ən çox oxunanalar