Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Washington Post” Azərbaycan mətbəxinə dair reportaj hazırladı

Cari ilin 26 fevral tarixində ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan "Washington Post" ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən “Şərbət” şirniyyat evindən reportaj hazırlayıb.

Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya vurulan sirop olduğu qeyd olunur.

Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən müsbət mənada xeyli fərqləndirdiyi bildirilir. Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadən, regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir.

Bundan əlavə Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir və onların nəfis fotorəsmləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu özünü nüfuzlu mətbu orqanlarında ölkəmizin mətbəxinə həsr olunan guşələrdən özünü göstərməkdədir. “Şərbət” şirniyyat evi qısa müddətdir ki, açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb.

Məqalənin tam mətni ilə https://www.washingtonpost.com/lifestyle/food/sharbat-bakery-review/2021/02/24/ee6ab946-7454-11eb-9537-496158cc5fd9_story.html internet səhifəsindən tanış olmaq mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - Video

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Yaşar Nurinin xanımı “od püskürdü“: “Vilayət Eyvazova müraciət edəcəyəm”

Hüseynbala Mirələmovun videosu ABŞ telekanalında - Dünyaca məşhur oldu...

Qazilər Nərimanov Rayon İcra Hakimiyyəti basçışının villasını axtarırlar

Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

"Eks-deputat eləmədi tənbəllik əl uzatdı qızın..." — Mirələmova şeir qoşdular- Video

Ukraynaya görə Türkiyə və Rusiya arasında yaranan gərginlik... - Rusiya niyə bu qədər narahatdır?

Ən çox oxunanalar