Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

230 milyon manatlıq zərəri yaranan bank – Problem necə həll olunacaq?

“Bank VTB” (Azərbaycan)-nın 2020-ci ilin son rübündə 3 milyon 860 min manat mənfəət əldə etdiyini açıqlamışdıq. Mənfəət vergisini hələ də ödəmədiyi üçün bankın açıqladığı mənfəət xalis mənfəət hesab edilmir. Maliyyə göstəricilərinin beynəlxalq audit hesablamasından sonra xalis mənfəət hesablanaraq bölüşdürülməmiş mənfəətə əlavə olunacaq. Belə ki, bankın bölüşdürülməmiş mənfəəti – 252 milyon 950 min manata bərabərdir. Yəni, “Bank VTB”nin bölüşdürülməmiş mənfəəti 3 milyon 860 min manat çıxılandan sonra 249 milyon manatdan da aşağı düşəcək.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin Azərbaycandakı 12 illik fəaliyyəti 230 milyon 492 min manatlıq defisitə bərabər olub.

Bankın yığılmş zərər və kapitalını min Azərbaycan manatı ilə təqdim edirik:
230 milyon manatlıq zərəri yaranan bank – Problem necə həll olunacaq?

Qeyd edək ki, 2013-cü ildə “Bank VTB”nin idarə heyətinin sədri Alexander Yeriomin, 2014-cü ildən 2015-ci ilədək Yuri Yakovlev, 2016-cı ildən 2017-ci ilədək Roman Rudakov, 2017-ci ildən hazırki vaxtadək isə Kirin Yevgenıydir. Yəni, 4 bankir bir bankın yığılmış defisitini uzun illərdir həll edə bilməyib. Hətta bu şəxslər arasında Roman Rudakov 2015-ci ildə təhvil aldığı 12 milyon 770 min manatlıq cəmi kapitalı 12 milyon 237 min manatlıq kapital defisitinə sala bilməyi bacarıb.

Cədvəldən də göründüyü kimi bankın yığılmış defisiti 2014-cü ildən etibarən artıb. Ən böyük defisiti isə 2018-ci ildə yaşayıb. Həmin dövrdə isə “Bank VTB”yə Kirin Yevegıy rəhbərlik edirdi.

Qeyd edək ki, 2018-ci ildə Bankın 256 milyon manatlıq zərərini Bankın prezidenti-idarə heyətinin sədri Andrey Kostin 256 milyon manatlıq kapital artımı ilə müsbətə dəyişmişdi. Həmin dövrdə Davosda ölkə başçısı ilə görüşüb vaxt istəyən A.Kostin sözünü tutmuşdu. Hazırda isə bankın 230 milyon 492 min manatlıq defisitni ya Kirin Yevgenıy, ya da yenə A.Kostin bərpa etməlidir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar