Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

Bir neçə gün öncə yerli mediada Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun avtomobil kolleksiyası barədə xəbər dərc edildi. Həmin xəbərdə Səməd Heydərovun sahib olduğu 30-a yaxın Avropa və Amerikanın ən lüks abtomobilləri görüntülənirdi. Dövlət nömrə nişanlarının əksəri “777” olan bu avtomobil kolleksiyasının milyonlarla ölçülür.

Sözügedən mövzu günlərdir ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əksər insanlar nazir qardaşının dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasına hansı pulla sahibləndiyi barədə suallar səsləndirir.

Qlobal.az məsələ ilə bağlı ilginc məlumat əldə edib. Əldə etdiyimiz məlumata görə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov Azərbaycanın ən böyük monopolistlərindəndir.

S.Heydərovun ölkədə tikinti və qida sahəsində fəaliyyət göstərən bir neçə şirkətə nəzarət etdiyi deyilir. Onun himayə etdiyi ən böyük şirkətlərdən birinin isə “Safe Life” Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu vurğulanır.

Azərbaycanda inşa edilən yaşayış binaları və obyektlərin böyük əksəriyyətinin yanğın və mühafizə siqnalizasiyasını, müxtəlif yanğın söndürmə, kamera-nəzarət və girişə nəzarət, eləcə də yanğından mühafizə sistemlərini “Safe Life” MMC təşkil edir.

Məlumatda qeyd edilir ki, “Safe Life” MMC-nin şərtləri ilə hesablaşmayan, bu təşkilatla əməkdaşlıq etməyən şirkətlərə FHN tərəfindən süni əngəllər yaradılır.

Qeyd edək ki, Səməd Heydərovun patronajlıq etdiyi iddia edilən “Safe Life” MMC Fövqaladə Hallar Nazirliyi yarandıqdan iki il sonra 2007-ci ilin iyun ayında təsis edilib.

Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 28 ünvanında yerləşir.

On səkkiz xidmət sahəsi üzrə fəaliyyət göstərən “Safe Life” şirkəti Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyaya malikdir.

Onu da qeyd edək ki, Səməd Heydərov bahalı avtomobil kolleksiyası ilə barəbər, nadir quşlardan ibarət heyvanat bağçasına da sahib olduğu iddia olunur.

Məsələyə FHN-dən mövqe öyrənə bilmədik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar