Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımı Azərbaycan və Britaniya parlament dostluq qruplarının görüşündə anılıb

Fevralın 25-də Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak edib.

Ümumi illik yığıncaqda Bob Bləkmən yenidən Parlamentin Azərbaycan Qrupunun sədri vəzifəsinə təsdiqlənib və Qrupun rəhbər heyətinin tərkibi müəyyənləşdirilib.

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilmiş iclasda sədr Bob Bləkmən Azərbaycan xalqına və faciə qurbanlarının yaxınlarına başsağlığı verib və bununla bağlı İcmalar Palatasında irəli sürdüyü ilkin qanunvericilik təşəbbüsündən bəhs edərək bu kimi faciələrin baş verməməsi üçün bundan sonra da belə anma tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Qrupunun sədri və üzvləri çıxışlarında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini məmnunluqla qeyd edərək işğaldan azad edilmiş ərazilərə səfər etmək niyyətini diqqətə çatdırıblar.

Görüşdə çıxış edən səfir Tahir Tağızadə regiondakı cari vəziyyət haqqında məlumat verib, Avropa Qonşuluq və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonun 8-10 fevral tarixində Azərbaycana səfərinin nəticələrinə toxunub. Səfərin çox uğurlu keçdiyini qeyd edən səfir, yeni şəraitdə ölkələrimiz arasında işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanların olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan Qupunun üzvlərini ölkəmizə səfərə dəvət edərək bu səfər zamanı işğaldan azad edilmiş ərazilərdə vəziyyətlə tanışlıq imkanı əldə edəcəklərini vurğulayıb.

Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev bu məzmunda söhbətin davamı olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud vəziyyətlə bağlı parlamentarilərin və beynəlxalq jurnalistlərin məlumatlandırılması istiqamətində görülən işlər haqqında məlumat verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar