Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyanın yeni baş naziri Türkiyə ilə Mİsir arasında balans axtarır

Qahirədən yenicə dönən Dibeybəni Ankarada da gözləyir..

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 22 fevral 2021-ci il

Liviyanın yeni Baş naziri Əbdülhəmid əl-Dibeybə Ankara ilə mövcud əlaqələrlə bağlı Qahirənin narahatlığını ortadan qaldırmaq üçün ötən həftə Misirə simvolik bir səfər edib. Liviyada başlayan yeni prosesə diqqət etməliyik. Göstərilən ən adi zəiflik belə, Liviya və Şərqi Aralıq dənizində lehimizə olan zəmini sürüşkən hala gətirə bilər.

Qəddafi rejiminin devrilməsindən 10 il keçir. Fransa bu rejimin yıxılmasında baş rolu oynamış, ancaq Misir kimi o da gözlədiyi məhsulu toplaya bilməmişdi. Türkiyə isə hələlik böyük qazanan olaraq dəyərləndirilir.

Qəddafinin “Afrika Birliyi” strategiyasından, qitənin yeni liderlərini birləşdirmək, sərhədləri ortadan qaldırmaq və bir pul vahidi çıxarmaqla AB-yə bənzər bir strukturun yaradılmasını həyata keçirməsindən qayğı duyan Fransa, Afrikadakı dayaqlarını itirməmək üçün hətta NATO-dan qərar çıxmasını gözləmədən, Liviyaya qarşı hücuma keçmişdi.

Aradan 10 il keçəndən sonra Fransa Liviya və Şərqi Aralıq dənizində ən çox itirən ölkə oldu. Fransa İngiltərə ilə rəqabətdən qorxarkən, iki sürpriz oyunçu – Misir və Türkiyə ilə qarşı-qarşıya qaldı.

Misirin təhlükəsizliyi birbaşa Liviyanın təhlükəsizliyilə bağlıdır. Xüsusilə də Misirdə mübahisəli bir formada, çevrilişlə iqtidara gələn və Sinada terror hücumlarına məruz qalan bir rejimin hakimiyyətdə olduğu şərtlər içərisində… Açıq söyləmək lazımdırsa, Misir Prezidenti Əbdülfəttah əl-Sisi “İxvan” hərəkatının Liviya üzərindən Misirə təkrar sıza biləcəyindən çox qorxur.

Paris ikili koordinasiya ilə və ya BƏƏ kimi başqa bir tərəflə koordinasiyalı şəkildə Misiri nəzarəti altına almağı bacardı, amma 2-ci oyunçunu – Türkiyəni hesaba qatmadı. Dolayısilə, istədiyi şərtlərə uyğun olmayan nəticələrlə qarşı-qarşıya qaldı. Fransa Liviyada istənməyən qonaq halına gəldi, yenidənqurma ilə bağlı müqavilələri buxarlandı, neft qaynaqlarını bölüşmə xəyalları isə toz buludu oldu.

Bütün bunlarla birlikdə, Fransa öz əməllərindən vaz keçdimi? Əlbəttə ki, xeyr. Misir üzərindən irəliləməyə çalışır.

Sisi ötən həftə Liviyanın yeni baş naziri Dibeybəni qəbul etdi. Dibeybə Ankaranın tərəfində olması ilə bağlı Misirdə yaranan narahatlığı ortadan qaldırmaq üçün Qahirəyə rahatladıcı mesajlar göndərərək, regional gərginliyi azaltmağa cəhd etdi.

Görüşdüyüm Liviyalı siyasətçilər Dibeybənin Liviyada fəal olan bütün tərəfləri bir araya gətirəcək ortaq bir zəmin tapmağa meylli olduğunu vurğulayırlar. Əlbəttə, bu, çox da asan deyil. Dibeybə Liviyada təsirli kartlara sahib olan Qahirə ilə erkən bir münaqişəyə girmənin lehinə olmayacağını anlayır.

İki lider arasında keçirilən görüşün gündəliyində Liviya ilə Türkiyə arasında əldə edilən dəniz məsuliyyət zonaları haqqında anlaşma da daxil, bəzi kritik məsələlər olsa da, əl-Sisinin yeni hökumət qurulduqdan sonra müzakirə yolunu seçərək, qapalı toplantıda bu mövzudan açıq bəhs etmədiyi bildirilir. Bu durum bizim üçün, əlbəttə, önəmli bir üstünlükdür. Ancaq bu üstünlükdən bizim necə istifadə edəcəyimiz daha önəmlidir.

Misir öz kəşfiyyatı ilə koordinasiya edərək, Trablusda səfirliyini açmaq üçün hazırlıqlara belə, başladı. Tam da bu nöqtədən etibarən, bizim Liviyada hadisələrin inkişafını daha diqqətlə izləməmiz lazımdır. Biz qısa vədədə hərbçilərimizi Liviyadan çəkməyəcəyik. Ancaq ayağımızın alıtındakı bünövrə də sürüşməməlidir…

Türkiyənin Benqazidəki konsulluq şəhərciyi təqribən 6 ildir qapalı olmasına rəğmən, yerində salamat durur. Həftər və tərfdarlarının da bu şəhərciyə yönəlik bir hücumu olmadı. Bu durumda Misir Trablusda həmlə edərkən, bizim də Benqazidə sürətlə davranmamız lazımdır.

Sisi administrasiyası Dibeybənin səfərindən öncə bir “yol xəritəsi” üzərində çalışıb. Görüşdüyüm siyasətçilər Misirin “yol xəritəsi”nə uyğun olaraq, birbaşa uçuşların başladılacağını, sərhədlərin açılacağını bildirirlər. Şənbə günü Misir kəşfiyyatından xüsusi bir heyətin Trablusa getdiyini söyləyə bilərəm.

Hələlik səssizliyini qoruyan Həftərin istefa verəcəyi və prezident seçkisinin tarixi bəlli olunca, öz namizədliyini irəli sürəcəyilə bağlı ssenarilər haqqında danışılır. Bu da Qahirə və Körfəzdəki müttəfiqəri tərəfindən gizlicə dəstəklənir. Təbii, bizim gözdən qaçırmamalı olduğumuz bir məsələ də budur.

Digər tərəfdən, Misir inşaat sahəsində fəaliyyət göstərən bəzi şirkətləri vasitəsilə Liviyada yenidənqurma işindən pay almaq istəyir. İqtisadi baxımdan buna ehtiyacı vardır. Liviya da bu işə məsafəli deyil.

Halbuki Liviyaya inşaat gedən bir ölkə kimi baxsaq, hər prospektdə, hər küçədə türk şirkətlərinin başlatdığı və Qəddafidən sonra yarımçıq qalan inşaat obyektlərini görərik. Türk inşaat şirkətləri üçün Liviya önəmli bir qapıdır. Müvafiq qurumlar, nazirliklər və Türkiyə Podratçılar Dərnəyi Misir meydana girmədən Trablusa yola düşməlidir.

Dibeybə Ankara və Qahirə arasındakı balansı qorumaq üçün Türkiyəyə ilk rəsmi səfərini də gecikdirməyəcəkdir. Ancaq biz də bəzi xüsuslarla bağlı bir az erkən davranmalıyıq. Əks halda, bütün əkdiklərimizin meyvələri başqalarına qismət ola bilər. (Tərcümə Strateq.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar