Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan istefa versə belə, Qarabağ bəyanatları qüvvədə qalacaq - Kremldəki mənbələr

"Əgər Nikol Paşinyan Ermənistanın baş naziri postundan gedərsə, Kreml bunu "rejimin meydanlarda dəyişdirilməsinə inananlara yaxşı dərs" hesab edəcək və hadisələrin bu cür inkişafında Rusiyaya problem yaradacağını inanmır".

Bunu "Open Media"ya Kremlə yaxın 2 mənbə bildirib.

Mənbələrdən biri vurğulayıb ki, Ermənistandakı mövcud böhran inqilabların struktur problemlərin dərmanı olmadığını göstərir: "Belə bir hakimiyyət dəyişikliyi həyat keyfiyyətini yaxşılaşdırmır, əksinə daha da pisləşdirə bilər. Bundan başqa, Paşinyandan əvvəl Ermənistan Cənubi Qafqazda Rusiyanın etibarlı müttəfiqi idi və çoxşaxəli yanaşması ilə hazırkı rəhbərlik Lukaşenkonun davranışını xatırladır".

Mənbənin sözlərinə görə, N.Paşinyan postu tərk etməsə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qarşısında uğradığı məğlubiyyəti Rusiyanın yardımı olmaması ilə əsaslandırmağa davam edəcək.

Başqa bir Kreml rəsmisinin fikrincə, Yerevandakı hakimiyyət dəyişikliyi Qarabağla bağlı razılaşmalara zərər verməyəcək, çünki Ermənistan cəbhədəki vəziyyəti kökündən dəyişdirmək üçün resurslara sahib deyil. Bununla belə, rəsmi Moskva Ermənistanın daxili işləri məsələsində bitərəf qalacaq. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar