Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiyev, Mahmudov və Əsədullayevin adı keçən dələduzluq işində jurnalistlərə etiraz: “Mötəbər şəxslərin adı çəkilir”

Bakıda milyonları mənimsəməkdə ittiham edilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir. Sonuncu iclasda ramiz Mehdiyevin yaxın adamı olan zərərçəkmişin vəkil jurnalistlərin məhkəmədə iştirakına etiraz edib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılır.

Həbs edilən şəxs 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğludur. Şeydayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 178.3.2-ci (Dələdulzuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Təqsirləndirilən Cavad Şeydayev iş görmək adı ilə bir neçə nəfərdən külli miqdarda pul almaqda və onların etibarından sui-istifadə edərək aldatmaqda və Əziz Quliyev adlı şəxsə hədə-qorxu gəlməkdə suçlanır. Elə iş üzrə əsas zərərçəkmişlərdən biri 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğludur.

İttihama görə, Cavad Şeydayev Əziz Quliyevin 919 min manat pulunu ələ keçirib. İş üzrə digər zərərçəkmişlərin bir neçəsi ilə Cavad Şeydayev arasında barışıq əldə edilib.

Cavad Şeydayev yalnız Əziz Quliyevin epizodu üzrə özünü təqsirli bilmir və deyir ki, digər şəxslərə də borcunun yaranmasının səbəbkarı Əziz Quliyevdir.

O da məlum olub ki, işdə zərərçəkmiş kimi tanınan Əziz Quliyev Binəqədidəki "İstanbul" klinikasının da sahibi olub.

Məhkəmə araşdırması zamanı Cavad Şeydayevin ifadəsi ilə maraqlı faktlar və iddialar ortaya çıxıb. Cavad Şeydayev zərərçəkmiş kimi tanınan Əziz Quliyevin Ramiz Mehdiyevin adamı olduğunu, “ağsaqqal” deyərək onun adından istifadə etdiyini deyib.

Hadisələrin başlanğıcı 2013-cü ilə gedib çıxır. Cavad Şeydayev özünə məxsus klinikanı satmaq istəyib. Bu zaman Əziz Quliyev müştəri kimi Ramiz Mehdiyevi tapdığını, bütün işləri də Ramiz Mehdiyevin köməkçisi Anar vasitəsi ilə həll edəcəyini bildirib.

Cavad Şeydayev deyir ki, klinikanın cərrahiyyə şöbəsinin baş həkimi Elşən Əliyev olub. Dayısı Tofiq Nəsirov isə klinikanın direktoru imiş.

Həbsdə olan Cavad Şeydayev ifadəsində göstərib ki, klinikanı satmaq üçün 5 milyon desə də, son olaraq 4 milyon 200 min manata razılaşıblar.

“Bundan bir müddət əvvəl Türkiyədəki biznesimdə xeyli pul itirmişdim. Buna görə də borclarım var idi və klinikanı satmalı idim. “Azəriqazbank”dan 2 milyon 400 min manat kredit götürmüşdüm.

Əziz Quliyev dedi ki, Ramiz Mehdiyevə qiyməti 4 milyon deyəcək. 200 min də özü qoyacaq. Əziz söyləyirdi ki, alıb özləri işlədib, Ramiz Mehdiyevin sayəsində çörək qazanacaqlar”- deyə Cavad Şeydayev bildirib.

Onun sözlərinə görə, kredit məsələsini həll etmək üçün Əziz Quliyevlə birlikdə “Azəriqazbank”a gediblər. Bankın rəhbəri olan Çingiz Əsədullayevlə görüşüblər.

Xatırladaq ki, Çingiz Əsədullayev sabiq MTN rəhbəri Eldar Mahmdovun yaxın adamı olub. Eldar Mahmudov vəzifədə olduğu müddətdə Çingiz Əsədullayev həm də deputat idi. Mahmudov postunu itirəndə Əsədullayev də mandatını itirdi.

Sonuncu iclasda zərərçəkmiş Əziz Quliyev və nümayəndəsi məhkəmə başlamadan əvvəl hakimə müraciət edərək prosesdə jurnalistlərin iştirakının qadağan edilməsini tələb edib. Səbəb kimi isə “məhkəmədə mötəbər şəxslərin adı çəkilir” ifadəsini işlədib. Zərərçəkmiş tərəf Ramiz Mehdiyev və digərlərinin adının mətbuatda hallanmasından narazı qalıblar.

Hakim isə bildirib ki, açıq məhkəmə iclasıdan jurnalsitlərin iştirakına qdağa qoyula bilməz.

Bundan sonra zərərçəkmiş tərəf deyib ki, prosesdə olan bütün söhbətlər mətbuatda tam yazılıb və bu zaman da audio yazıdan istifadə edilib.

Hakim Cavid Hüseynov deyib ki, məhkəmə prosesində audio və video çəkilişə yalnız məhkəmənin razılığı ilə icazə verilir. Məhkəmə buna icazə vermədiyi üçün kiminsə prosesdə audio yazıdan istifadə etməsi mümkün deyil.

Qeyd edək ki, zərərçəkmiş tərəfin etiraz etdiyi yazı eksklüziv olaraq Musavat.com saytında dərc edilmişdi.

Məhkəmə iclasında zərərçəkmiş Zöhrə Əliyeva dindirilib. Zərərçəkmiş əvvəlcə cinayət işi üzrə yalnız Şeydayevin həbs edilməsinin doğru olmadığını deyib. Bildirib ki, ona qarşı edilən dələduzluqda başqalarının da əli var.

Zöhrə Əliyeva deyib ki, 2019-cu ildə həbs edilən oğlun işin həll edilməsi, azadlığa buraxılması adı ilə ondan pul alıblar. Pulu kürəkəni vasitəsi ilə Şeydayevə verdiyini deyən Z.Əliyeva aldadıldığını söyləyib.

Məlumata görə, Z.Əliyevaya 25 min manat zərər dəyib.

Şeydayev bu epizod üzrə detallı danışmaq istəməyib. Amma bildirib ki, zərərçəkmiş Z.Əliyevaya dəymiş zərər tam ödənəcək. Onun sözlərinə görə artıq pulun 15 min manatı depozitə köçürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar