Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ, Rusiya və Çin arasında İran uzlaşması - Vaşinqtonla Tehran arasında yumşalma üçün hansı addımlar atıla bilər?..

ABŞ, həm də İran danışıqlar masasına yavaş-yavaş, lakin ciddi şəkildə qayıdır. Hər iki tərəfin sərt çıxışlarının səbəbi yerli ictimaiyyətin, dünyanın və rəqibin qarşısında zəif görünməmək istəyidir...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 fevral 2021-ci il

Prezident Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında 21 fevralda edilən telefon danışığı, görünür, mətbuat tərəfindən adi bir söhbət kimi qəbul edilib.

Halbuki, bir neçə gün əvvəl iki ölkə arasında Suriya məsələsi başda olmaqla, regional problemin asanlıqla müzakirə ediləcəyi bir “format” qurulmuşdu. Rusiyanın Soçi şəhərində 15-ci Zəmanətçilər Yığıncağı Türkiyə-Rusiya-İran nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

İki qonşu arasındakı söhbətin sirrini aşağıdakı mətbuat açıqlaması ilə izah etmək olar: “Prezident Ərdoğan yeni ABŞ administrasiyasından İrana qarşı birtərəfli sanksiyalardan imtina etməsini və İran xalqının rifahı qarşısında haqsız əngəllərin aradan qaldırılmasını istədiyini bildirdi”.

Bu ifadələr Türkiyənin prinsipial mövqeyinə uyğun olmaqla yanaşı, həm də ABŞ-İran gərginliyinin indi yeni və fərqli bir mərhələyə keçməsi ilə ortaya çıxdı. Ankaranın fikrincə, bir neçə gün ərzində məsələ ilə bağlı proseslər və açıqlamalar yeni bir vəziyyəti ortaya çıxarır.

Məsələ burasındadır ki, həm ABŞ, həm də İran danışıqlar masasına yavaş-yavaş, lakin ciddi şəkildə qayıdır. Hər iki tərəfin sərt çıxışlarının səbəbi yerli ictimaiyyətin, dünyanın və rəqibin qarşısında zəif görünməmək istəyidir.

Vaşinqton-İran yaxınlaşması olduqca vacib məsələdir. Nüvə razılaşması çərçivəsində yaranan yaxınlaşma bir neçə ay ərzində Yaxın Şərq, Qafqaz, Qərbi Asiya siyasətinə və təhlükəsizlik qaydalarına təsir edəcək. Bu xəritənin əsas oyunçusu olan Türkiyəyə də təsirləri olacaq.

Körfəz ölkələri və İsrail daxil olmaqla, Pakistan-Əfqanıstan-Hindistan-Çin xətti, Türkiyə, Xəzər və türk respublikaları arasındakı düz xətt yenidən Çin, Tehran-Gürcüstan arasında və nəhayət, İraq-Suriya-Şərqi Aralıq dənizi ərazilərində sürətlə təsirli olacaq.

Məsələnin bütün tərəflərini görmədən onun önəmini dərk etmək çətindir. 2015-ci il İran Nüvə Sazişinin tərəfi olan ABŞ və üç Avropa ölkəsi (Almaniya, Fransa, İngiltərə) bu dəfə Bayden adminstrasiyası ilə anlaşmanın uğurlu olması üçün addımlar atmağa başlayıb. Nəhayət, ABŞ danışıqlar masasına qayıtmağa hazır olduğunu açıqlayıb. Bu, əslində açılış həmləsi idi.

Görülməli olan ən vacib şey budur: İranla nüvə müqaviləsi ABŞ, Rusiya və Çin arasında real bir razılaşma ilə təmin ediləcək.

Bu vəziyyəti ilk baxışdan həzm etmək çətin ola bilər. Çünki yeni Vaşinqton höküməti Moskvanı və Pekini dünyaya, xüsusən də Qərbə qarşı bir böyük təhdid kimi təqdim edir.

Avropa Birliyi və P5+1 ölkələri (İngiltərə, Çin, Fransa, Almaniya, RusiyaABŞ) İranla “qeyri-rəsmi diplomatik danışıqlar” üçün toplantıda iştirak etməyi qəbul ediblər. ABŞ-dan başqa digər ölkələr artıq hazır idilər. Trampın dövründə də bunun belə olmasını istəyirdilər.

Əsl məsələ ABŞ və digər iki super gücdə idi və onlar da görüşdülər. Bu səbəbdən, ABŞ prezidenti indi G7 zirvəsində və Münhen Təhlükəsizlik Konfransında İran sənədini açdı. Bu, İsrail ilə gözlənilən Bayden-Netanyahu görüşünün məzmununu təşkil edirdi.

ABŞ-ın İrandakı xüsusi nümayəndəsi səfir Rob Melli əvvəlcə İngiltərə-Fransa-Almaniya ilə, sonra da Qətərİranla görüşüb. Daha sonra isə Çinlə əlaqə qurulub. 10 fevral tarixində səfir birbaşa Çin Xarici İşlər Naziri ilə görüşüb. Burada İran məsələsinin yalnız masada qaldığını deyə bilərik.

Sonra Rusiya ilə əlaqə yaradılıb. ABŞ-ın burada istifadə etdiyi şəxs maraqlıdır. Bildiyiniz kimi, Bayden adminstrasiyasının qlobal cəhətdən önəm verəcəyi əsas məsələlərdən biri də iqlim problemidir. Oval Ofisdə oturduğu gün imzaladığı müqavilə Paris İqlim Sazişinə dönüş imzasıdır. Baydenin İqlim üzrə xüsusi nümayəndəsi də hamımızın tanıdığı Con Kerridir. Bu şəxs Obama dövrünün xarici işlər naziri idi. Con Kerri Çindən üç gün sonra, 13 fevralda Rusiya xarici İşlər naziri Lavrovla görüşüb.

Lavrov bu görüşü “ABŞ-ın Paris İqlim Sazişinə qayıtmasından məmnunuq” başlığı ilə mediaya əks etdirib. Lakin Kerri həm də bu günə qədər davam edən “İran Nüvə Müqaviləsi”nin memarıdır. Lavrovla münasibətləri 90-cı illərin ortalarına qədər gedib çıxır.

Beləliklə, ABŞ, Rusiya və Çin arasında təxminən bir uzlaşma əldə edilib.

Tehran bunları görmür. Üstəlik, bunların hamısını öz əleyhinə bir proses kimi qəbul etmir. Əksinə faydalı hesab edir. Bu baxımdan bir çox dilemması var: sanksiyalar, iyun ayında keçiriləcək prezident seçkiləri, Qafqazdakı proseslər, Körfəz ölkələri ilə rəqabəti, İsrailə olan “ssevgisi”, İraqSuriyadakı varlığının zəifləməsi və ABŞ-ın bu mövzudakı qətiyyəti, NATO-nun Bağdad üzərindən sərhəddə qədər irəliləməsi, Rusiya ilə davam etdirdiyi əlaqələri ilə silah və enerji müqavilələri, Çinlə həll edilə bilməyən 400 milyard dollarlıq iqtisadi müqavilələr, daxili dalğalanmalar və s.

Bu nöqtədən sonra ABŞ-la İran arasında qapalı qapılar arxasında danışıqların aparılmadığını demək mümkün deyil.

Bu yalnız bu məsələ jlə əlaqəli deyil. İranın əlində amerikalılar var. Onların azadlığa buraxılması üçün başqa bir qapıdan münasibətlər davam etdirilir. Ancaq nüvə razılaşmasındakı irəliləməyə dair sübutlar da biri də Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında imzalanan yeni “anlayış” müqaviləsidir. Üstəlik, Məclis də bunu rədd edib.

İstənilən halda İranla ABŞ yumşalma yolunda addımlar atacaq. Hansı ölçüdə olacağı bəlli deyil, lakin sanksiyaların da daxil olacağı mümkün görünür.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar