Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb. Erməni mətbuatında yer alan məlumata görə, T.Xaçatryanın "İskəndər" taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ saldığı bildirilir.

PİA.az xəbər verir ki, bu barədə Ermənistan liderinin saytında məlumat yayılıb.

"Baş nazirin Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsi təklifinə əsasən", - deyə rəsmi saytda yerləşdirilmiş sərəncamın mətnində qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan "1in.am" saytına verdiyi müsahibəsində ötən payızda Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı "İskəndər" taktiki raket komplekslərindən istifadə edilməsi və onun "partlamaması" və ya "10% partlaması" barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş prezident Serj Sarqsyanın "hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin "İskəndər"dən istifadə etməli olduğuna" dair ittihamına cavab vermişdi.

Bundan bir qədər sonra "yerevan.today" onlayn-resursu öz yazısında bildirib ki, T.Xaçatryan, Paşinyanın da dediyi kimi, "İskəndər" raketinin doğrudanmı 10% partlaması ilə bağlı suala istehza ilə cavab verib: "Əlbəttə mümkün deyil... Necə?... "İskəndər"?... Bir atəş?... 10%?... Bağışlayın, amma bu qeyri-ciddidir".

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar. (APA)

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar