Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük

Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş Azərbaycana yardım əli uzatdığını gördük.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun ‘’Special Edition Talks’’ proqramında deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirib, ədalətli və bərabər mövqe sərgiləyib. 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyə xalqının onun yanında olduğunu, dəstəklədiyini görüb və bu xalqımızı çox sevindirib. Həm Türkiyə xalqının dəstəyi, həm də diplomat dəstək Azərbaycanı ruhlandırıb. Bu, müharibədə güc mənbəyi olub.

Xocalı faciəsi barədə danışan Hikmət Hacıyev qeyd edib ki, bu əməliyyat Azərbaycan xalqına qarşı soyqırım idi. Faciə zamanı aralarında uşaqlar, qocalar və qadınlar da olmaqla, 613 nəfər həyatını itirib. Bir çox təşkilatlar bunu insanlıq əleyhinə cinayət adlandırıblar. Bu əməliyyatın arxasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyann dayanırdı.

Hikmət Hacıyev xatırladıb ki, bu hərbi cinayətlər Ermənistan tərəfindən 44 günlük Vətən müharibəsində növbəti dəfə təkrarlanıb. Azərbaycanın mülki vətəndaşlarına atılan bombalar yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar