Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Britaniyada Xocalı faciəsi ilə bağlı aksiya təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən "Natəvan Qrup"unun rəhbəri Səbinə Quliyevanın təşkilatçılığı ilə London şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məlumatlandırma aksiyasına başlanılıb.

Komitədən verilən məlumata görə, 24, 25, 26 fevral tarixlərini əhatə edəcək aksiya zamanı Xocalı soyqırımına dair həqiqətləri əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edəcək.

Elektron lövhədə "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub. Lövhədə olan fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", "63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib" və sair məlumatlarla müşayiət olunur.

London vaxtı ilə saat 10:00-dan 18:00-dək davam edəcək avtoyürüş şəhərin mərkəzi küçə və meydanlarını əhatə edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Unudulmuş Qaralov.. – Onun cəzası da günahları qədər ağır olmalıdır!

Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Ən çox oxunanalar