Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Erməni generalı boğaraq öldürən şəhid Cəbrayıl Dövlətzadə barədə bilinməyənlər - Video

Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu?

O, vətən müharibəsində cəmi 1 gün iştirak etdi. 1 gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi fəxri xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə...

PİA.az xəbər verir ki, Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb.
Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb.

12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub:

Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik:

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.

Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.

Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.

Əslində Cəbrayıl missiyasının astanasında idi.

Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.

Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur...

O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan Bayrağı ordenləri ilə təltif edilir...

Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid! (Oxu24.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar