Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Stokholmda "Xocalıya ədalət!" plakatları yerləşdirilib

İsveç Krallığında fəaliyyət göstərən İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Stokholm şəhərində məlumatlandırma aksiyası təşkil edilib.

İAK-dan "Report"a bildirilib ki, yerli ictimaiyyətin diqqətini xalqımızın başına gətirilən soyqırıma cəlb etmək məqsədilə Stokholm şəhərinin mərkəzində "Xocalıya ədalət!", "Xocalı soyqırımı- unutmadığımız acı" şüarları yazılmış plakatlar yerləşdirilib.

Həmin plakatlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız soyqırımı aktı barədə qısa məlumatlar verilib.

Aksiya zamanı İAK fəalları erməni faşistlərinin qadın, uşaq və qocalar da daxil olmaqla 613 Azərbaycan vətəndaşını qətlə yetirdikləri, 487 nəfəri yaraladıqları, 1275 nəfəri əsir götürdükləri, onlardan 150 nəfərin taleyinin indiyədək məlum olmadığına dair məlumatları paytaxt sakinlərinin nəzərinə çatdırıblar.

Qeyd edək ki, İAK-ın ofisinin önündə də "Xocalıya ədalət!" yazılmış banner yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

“Azercell Telekom”a yeni prezident təyin olunub

Ən çox oxunanalar