Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Paşinyanın ayaqları mane olur…” – Rusiyadan “İskəndər” raketləri ilə bağlı sərt reaksiya

Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” əməliyyat-taktiki kompleksinin partlamamış raketləri barədə verdiyi açıqlama ən azından onun səriştəsizliyindən xəbər verir”. 

PİA.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı, RusiyaSuriya parlamentləri arasında dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə bildirib.

Sablin Paşinyanın “İkinci Qarabağ Savaşında “İskəndər” raketi niyə partlamayıb? sözlərini belə şərh edib: “Pis rəqqasa ayaqları mane olur. Bu ironik atalar sözü Ermənistan baş nazirinin “İskəndər”in İkinci Qarabağ Müharibəsindəki istifadəsi və” köhnəlməsi “ilə bağlı sözlərini ən yaxşı şəkildə xarakterizə edir. Hərbi səriştəsi olan insanlar bilir ki, bu XXI əsrin ən yaxşı universal əməliyyat taktiki raket sistemidir. “İskəndər” Suriyada terrorizmlə mübarizə zamanıl yüksək performansını təsdiqləyib”.

Onun fikrincə, məsələ təkcə Ermənistan baş nazirinin səriştəsizliyində deyil.

“Sorosun dərslikləri Paşinyanı yanıltdı. Bu, küçə mitinqləri sayəsində yabançı, düşmən ssenarisi üzrə hazırlanan pafoslu şüarlar altında ölkəsini məhv edən insanın hakimiyyətə gətirməsinin acı sonluğudur. Təkcə Ermənistan vətəndaşları deyil, hamı buna əmin oldu”, – deyə deputat əlavə edib. 

Daha əvvəl Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı “İsgəndər”in istifadəsi barədə məlumat vermişdi. Amma o kompleksin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməmişdi. (sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar