Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanın qazı Avropadakı tarazlığı dəyişdirir...

Azərbaycan qazının TAP üzərindən mənzilə çatması və Cənub Qaz Dəhlizinin təhlükəsiz şəkildə işləməsi hər şeydən vacibdir. Çünki Xəzərdə hələ çox qaz var...

Güntay Şimşek
“Habertürk” qəzeti, Türkiyə, 22 fevral 2021-ci il

Azərbaycanın təbii qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi (CQD) öz fəaliyyətini ciddi şəkildə ortaya qoymağa başlayıb. Avropa istehlakçıları hazırda təxminən 1,5 aydır bu kəmər vasitəsi ilə Azərbaycan təbii qazından istifadə edirlər. Bazarda digər qaz mənbələri ilə müqayisədə daha az miqdarda təklif olunsa da, Xəzərin təbii qazı Avropada müxtəliflik və enerji təchizatı təhlükəsizliyi baxımından irəliləməyə başlayıb.

Məsələn, RusiyaQazprom”unun Almaniyadan sonra ikinci ixrac bazarı olan İtaliya 2021-ci ildə SOCAR-ın simasında yeni və etibarlı bir tədarükçü qazanıb. Beləliklə, İtaliya və Avropa bazarlarına təbii qaz tədarükündə inam formalaşarkən, göstəricilərdə və gələcək planlarında ciddi bir hərəkətlənmə olacağını asanlıqla proqnozlaşdırmaq olar.

Xəzər dənizində aşkar edilmiş təbii qaz yataqları və 2020-ci ildəki hasilat səviyyələrini nəzərə alaraq, bu şərtlər daxilində Azərbaycan qaz ehtiyatlarının Avropaya 120 il bəs edəcəyi bildirilir. TANAP marşrutu ilə Türkiyə üzərindən Avropaya gedən və TAP ilə son istehlakçıya çatan Cənubi Qaz Dəhlizi üçün təxminən 33 milyard dollar sərmayə qoyulub. Bəzilərinin əvvəl tənqid etdiyi bu layihə, indi çox yaxşı qəbul edilir və Avropanın enerji təhlükəsizliyi üçün inam formalaşdıran bir layihəyə çevrilib.

Azərbaycanı Avropanın ən böyük qaz tədarük edən ölkələrindən birinə çevirən Cənub Qaz Dəhlizi, eyni zamanda, Türkiyə və Avropa üçün tədarük və marşrutların müxtəlifliyi baxımdan önəm daşıyır. Beləliklə, Avropanın enerji təchizatı təhlükəsizliyinə və qazın qazla rəqabət edə biləcəyi bir bazarın formalaşmasına ciddi töhfə veriləcək.

SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun son proseslərlə bağlı verdiyi şərhlər də diqqətəlayiqdir. Nəsirov hazırda TAP vasitəsilə Avropaya ildə təkcə 10 milyard kubmetr qaz tədarük edildiyini vurğulayır: “Avropanın ehtiyacları ilə müqayisədə, olduqca minimal olan bu məbləğ həcm baxımından deyil, tədarükçü müxtəlifliyi baxımından oyunun qaydalarını dəyişdirir”. Əslində, ilk növbədə bu layihəyə qarşı çıxanlar və lobbiçilər oyunun qaydalarının dəyişəcəyini bildikləri üçün hərəkətə keçdilər və qarşısını ala bilmədilər.

Bu gün kiçik görünən Azərbaycanın Avropa Birliyinə (AB) qaz tədarükü addımı qarşıdakı illərdə gözləniləndən daha böyük olacaq. Məsələn, yanvar ayında TAP ilə İtaliyaya verilən qazın ümumi payı cəmi 3,4% idi. Lakin hazırda məsələ bu göstəricilərdə deyil.

Azərbaycan qazının TAP üzərindən mənzilə çatmasy və Cənub Qaz Dəhlizinin təhlükəsiz şəkildə işləməsi hər şeydən vacibdir. Çünki Xəzərdə hələ çox qaz var. XəzərAzərbaycan-Türkmənistan müqaviləsi ilə kəşf edilən ərazilərin istismara veriləcəyi və bölgədəki digər ölkələrin qazlarının bu xətt vasitəsilə Avropaya gedəcəyi də gündəmə gələcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: TAP TANAP

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Azercell Telekom”a yeni prezident təyin olunub

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar