Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik...” - Polkovnik-leytenant

"Ağdərəni niyə almadıq?", iradla soruşanlara.

Əvvəl aydınlıq gətirək ki, irad mənə aid deyil. 92-ci ildə Ağdərəyə(Mardakertə) ilk daxil olan tankçı kimi mən də istərdim, Ağdərə alınsın, Xankəndi alınsın, Xocalıya əhalimiz dərhal köçsün. Bu, müharibə arzuları idi. Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik(şəxsən mən də döyüş sırasında). Lakin atəşkəs imzalandı, müharibə bitdi, hərbi arzular donduruldu.

Qədim Çin hərb mütəfəkkiri Sun-Szıdan tutmuş ABŞ kimi fövqaldövlətin ideoloqlarından olan Henri Kissinjer və bütün hərbi strategiyalar deyirl ki, "Müharibəni istədiyiniz vaxt başlaya bilirsiniz, ancaq istədiyiniz vaxt dayandıra bilmirsiniz". Bunun səbəbi ondadır ki, mübarizə metodu səhv seçilmişdi yaxud qalib vaxtında dayana bilmir.

Şuşa bizdədirsə, Qarabağa hərbi nəzarət bizdədir. Qarabağ bizdədirsə, ikinci erməni dövlətinin torpaqlarımızda yaranması mümkünsüzdür.

Düşmən təslim olmağa hazır olduğu şəraitdə, Rusiyanın atəşkəs təklifini rədd edib, Xankəndini alıb, Araiki qandallamaq üçün dünyanı, BMT-i TŞ-ı qarşımıza almalıyıq, müharibə indiyə kimi uzanacaqdı ya düşünməliyik, madam belədir, Xankəndi onsuzda Şuşadan ovucumun içindədir, Laçın, Kəlbəcər Qarabağı arxadan bağlayır, düşmən ordusu darmadağın olub, görünən perspektivdə ordu ilə üstümüzə gəlmək şansı yoxdur və bələyindəcə boğulacaq, qalanını siyasi yollarla qalib mövqeyindən həll etmək olar...?

Müharibəni ən əlverişli şəraitdə bitirmək qələbənin özüdür. Digər parlaq göstəriciləri ilə bərabər, bu göstəriciyə görə də Qələbəmiz mükəmməldir, nadir dünya hərb və diplomatiya incisidir. (Nazim Bayram, Qarabağ Qazisi, ehtiyyatda olan polkovnik-leytenant)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar