Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qazanan Cahangir Əsgərov və ətrafıdır” - AZAL prezidentinə ittiham

Son günlərdə sosial şəbəkələrdə tənqid olunan məsələlərdən biri də "Azərbaycan Hava Yolları" QSC-nin biletləri baha qiymətə satmasıdır.

PİA.az xəbər verir ki, bununla bağlı hüquq müdafiəçisi Aslan İsmayılov da öz səhifəsində paylaşım edib.

"Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL-ın yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tbilisidən İstanbula biletin dəyəri 110 manat olduğu halda, Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu, əsl talançılıqdır.

Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Hava Yolları” QSC də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. AİH-in yaradılmasında məqsəd dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsidir. (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

“Azercell Telekom”a yeni prezident təyin olunub

Ən çox oxunanalar