Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bakıda beş nəfərin meyitinin tapıldığı evdən reportaj

Əməkdaşlarımız Bakının Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivində bu gün 5 nəfərin meyitinin tapıldığı evə yollanıblar. Onların hadisə yerindən bildirdiyinə görə, faciənin səbəbi qaz sızmasıdır.

Belə ki, ölənlərdən 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev qardaşdırlar, faciənin baş verdiyi evin sahibinin övladlarıdır. 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev isə ev sahibinin ailəvi dostlarının övladları olub, Yasamalda yaşayırmışlar və həmin evə qonaq gəliblərmiş. Faciədə həyatını itirən 46 yaşlı Natiq isə usta olub, evdə təmir aparmaq üçün rayondan gəlibmiş.

Yaxınları deyiblər ki, faciənin baş verdiyi evin sahibləri Sulutəpədə yaşayır, Badamdardakı evlərini isə təmir etdirirlərmiş. Təmir üçün Beyləqan-Füzuli bölgəsində yaşayan qohumlarını çağırıblar. O, bir müddətdir evdə təmir işləri görürmüş.

“Rəşad və Atilla Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin şagirdləri olub, valideyinləri Sulutəpədə yaşasa da həm məktəblə bağlı, həm evlərində təmir getdiyi üçün Badamdarda qalırmış. Ev sahibinin qohumu olan usta isə evin kombi xəttinin borularını təmir edirmiş, bu vaxt qaz sızması baş verib. Hazırda hadisə yerinin yaxınlığına heç kimi buraxmırlar, kriminalistlər hadisə yerində işləyir. Faciədə həyatını itirənlərin yaxınlarının naləsi ətrafa bülənd olub”,-əməkdaşımız bildirir.

“Qohumlarından birinin dediyinə görə, ata səhər saatlarında oğluna dəfələrlə zəng vurub, amma telefonu götürən olmayıb. Təşvişə düşüb evə gediblər. Ev sahibi evin ikinci mərtəbəsində qapını sındırıb içəri daxil olub, görüb ki, usta qapının ağzında keçinib. Yeniyetmələr və gənclər isə yatdıqları yerdə ölüblər”,-əməkdaşımız hadisə haqda bunları öyrənə bilib.(virtualaz.org)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar