Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Azərsu”dan xəbərdarlıq: “Su xətlərini donvurmadan qorumaq üçün...” - Foto

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, qurum istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmaq, çıxış ventili açıq saxlanmaq lazımdır. Həmçinin sayğac qutularının qapağı bağlı olmalıdır.

Bu günlərdə “Azərsu” ASC-nin xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.

Abonentlərin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Rayonlara giriş-çıxış bağlana bilər - Açıqlama

Ən çox oxunanalar