Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

Kanada Federal Parlamenti Çinin uyğur türklərinə qarşı törətdiklərini “soyqırımı” olaraq qəbul edən qanunu təsdiqləyib.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə müxalif Mühafizəkarlar partiyasının Vellinqtondan olan millət vəkili Maykl Çonq tərəfindən plenar iclasa təqdim edilən “Çində dini azlıqlar” adlı qanun layihəsi səsə qoyulub.

Səsvermədə müstəqil və müxalifət partiyalarından 184, hakim Liberal partiyasından isə 82 nəfər olmaqla 266 millət vəkili iştirak edib. Qanun layihəsi yekdilliklə qəbul olunub. Digər tərəfdən, Kanada Xarici İşlər naziri Mark Qarno parlamentdəki səsvermədən dərhal sonra qərarla əlaqədar yazılı açıqlama verib. O bildirib ki, Sincan (Sintszyan) Uyğur Muxtar rayonunda özbaşına həbslər, məcburi iş, işgəncə kimi insan haqları pozuntularına dair dəhşətli xəbərlər bizi narahat etməyə davam edir.

Kanadalı nazir qeyd edib ki, Kanada hökuməti soyqırım iddialarına çox ciddi yanaşır: “Bu iddiaların müstəqil beynəlxalq hüquq ekspertləri orqanı tərəfindən araşdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyin lazım olduğuna inanırıq”.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

YAP İdarə Heyətinin yeni üzvləri - Tam siyahı, Yenilənib

“Hələ sazişi xilas etmək mümkündür” - Lavrov

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

YAP-dakı vəzifələrini itirən icra başçıları

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Ən çox oxunanalar